Yuxarı

Şeyx Əbdül Corc Klunini məhkəməyə verir

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeyx Əbdül Corc Klunini məhkəməyə verir

Xarici İşlər Nazirliyinə də getmişəm. Buradakı səfirliyə də müraciət etdim. Daha bir neçə qurumla da danışacağam. Hazırda Corc Kluniyə böyük bir cavab hazırlayıram. Onu beynəlxalq məhkəməyə vermək fikrim var. Mən ondan tələb edəcəyəm ki, yoldan çəkilsin.

Axar.az xəbər verir ki, bu sözləri əməkdar incəsənət xadimi Əbdül Mahmudov məşhur Hollivud aktyoru Corc Klunini beynəlxalq məhkəməyə verməsi ilə bağlı Modern.az saytına danışarkən deyib:

"Bu yolda mənə sizin və bütün medianın dəstək olmasını istəyirəm. Məşhur amerikan aktyor Corc Kluni qondarma erməni soyqırımı ilə bağlı ABŞ Senatına etiraz edib. Senata bildirib ki, siz türk ölkələri ilə biznes maraqlarına görə bu soyqırımı qəbul etməmisiniz. Yəqin ki, sizin də xəbəriniz var: ABŞ Senatı qondarma erməni soyqırımı ilə bağlı məsələni oxunuşa çıxarmadı. Həmin aktyor da buna etiraz edib. Görünür, burada erməni lobbisinin və diaspor təşkilatlarının əli var. Çünki onların diasporları bizdən fərqli olaraq yaxşı işləyir".

Əbdül Mahmudov məşhur aktyoru Bakıya da dəvət etmək istəyir:

"Məktub hazırlamışam. Rəsmi qurumlardan da mənə dedilər ki, elə sizin kimi ziyalıların vətəndaş mövqeyi göstərərək məsələyə qarışması daha yaxşıdır. Lazım gəlsə, mən onu Bakıya dəvət edərəm və öz çəkdiyim "Qan yaddaşı" filmini ona göstərərəm. "Qan yaddaşı" sənədli filmdir. Filmdə hər bir fakt mənbələrə söykənib. Orada göstərmişəm ki, ermənilər Qafqazda necə məqsədli şəkildə istifadə olunub. Kluni bunları bilmirsə, mən ona filmi göstərə bilərəm. Bu məsələyə sizlərin də qoşulmasını istəyirəm. Biz öz həqiqətlərimizi dünyaya çıxarmalıyıq. Qapı-qapı gəzirəm, amma filmin dublyajı üçün lazım olan 10 min manatı kimdənsə tapa bilmirəm. Biz bu filmi dublyaj edib, kənara çıxarmalıyıq".

Qeyd edək ki, məşhur aktyor Corc Kluni bir müddət öncə qondarma erməni soyqırımını dəstəklədiyini bildirib.

Tarix
2015.11.02 / 15:48
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü

Rusiyadakı səfirimiz Qaluzinlə görüşdü

Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…

Türkiyə F-16-ları Azərbaycanda - Foto

Məmdaninin Bakıya qarşı mövqeyinin əsl səbəbi...

Rusiya hücumu zəiflədi - Ukrayna güclənir?

Trampa hücum: niyə zaldan ilk olaraq Vens çıxarıldı?

Azərbaycan Çexiyada ən iri neft təchizatçısıdır...

Trampa qarşı edilən hücum oyun idi? - Ağar

Azərbaycan-Çexiya tərəfdaşlığında yeni mərhələ başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla