Yuxarı

Xalq artisti: “Bircə Leyla Əliyevanın...”

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artisti: “Bircə Leyla Əliyevanın...”

İndi çəkilən serialların 90 faizi rejissor işinə, ssenariyə görə çox zəif alınır.

Bu sözləri xalq artisti, rejissor Vasif Babayev yeni çəkilən filmlər və gənc rejissorlar haqda Axar.az-a danışarkən deyib:

"Necə gəldi serial çəkirlər. Hər əlinə kamera alan "rejissoram" deyir, belə olmaz axı. Seriallardan fərqli olaraq, yeni çəkilən bədii filmləri və onların rejissorlarını bəyənirəm. Şamil Əliyevin çəkdiyi "Çölçü" filmi dünyanın 5 qitəsini gəzib. "Ən yaxşı rejissor" mükafatı daxil olmaqla, bir çox mükafata layiq görülüb. Digər gənc rejissor Elçin Musaoğlunun çəkdiyi "Nabat" filmi də çox yaxşı filmlərimizdən biridir. Düzdür, hələ ki, Tofiq Tağızadələr, Arif Babayevlər gəlməyib, amma bu o demək deyil ki, gəlməyəcək, gələcək. Vaxtı var, zaman gələcək onlar da Azərbaycan kinosu tarixinə adlarını qızıl hərflərlə yazdıracaqlar. Axır vaxtlar baxdığım filmlərdən isə həm rejissor işinə, həm ssenariyə, həm də aktyor oyununa görə ən razı qaldığım film Leyla Əliyevanın şəxsi təşəbbüs ilə çəkilən "Bakı, mən səni sevirəm"dir. Hər biri 9 dəqiqə olmaqla 10 hissədən ibarət olan bu film son illər çəkilən filmlər arasında, məncə, birinci sıradadır".

Tarix
2015.11.07 / 09:27
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla