Yuxarı

Asif Rüstəmovun filmi İtaliyada

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Asif Rüstəmovun filmi İtaliyada

"Axınla aşağı" bədii filmi noyabrın 20-28-i tarixlərində İtaliyanın paytaxtı Romada keçiriləcək 16-cı ASIATICA ("Asiya kinosu ilə görüşlər" - Encounters with Asian Cinema) Beynəlxalq Film Festivalına dəvət alıb.

Axar.az xəbər verir ki, film festivalın əsas müsabiqə proqramında nümayiş olunacaq.

Xatırladaq ki, "Axınla aşağı" filmi 2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunub. Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırırlar.

Qeyd edək ki, bu yaxınlarda "Axınla aşağı" Avstriyada keçirilən "LET’S CEE" Beynəlxalq Film Festivalının "İddialı debüt" müsabiqə proqramında "Münsiflər heyətinin xüsusi vurğuluması" mükafatına layiq görülüb.

Tarix
2015.11.16 / 18:49
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla