Yuxarı

Bakıda Mixalkovun yaradıcılıq gecəsi: 60 manata

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda Mixalkovun yaradıcılıq gecəsi: 60 manata

Dekabrın 4-də Heydər Əliyev Sarayında Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, kinorejissor və aktyor Nikita Mixalkovun yaradıcılıq gecəsi keçiriləcək.

Axar.az xəbər verir ki, xalq artisti "Özününkülərin arasında" (Svoy sredi svoyix) adlı proqramla azərbaycanlı tamaşaçılarının qarşısına çıxacaq.

Kann, Venesiya kimi dünyanın nüfuzlu kino festivallarının qalibi, "Oskar" mükafatı laureatı Nikita Mixalkov bir çox filmlərin rejissoru, ssenaristi, baş prodüseri və bədii rəhbəridir. Sovet kino rejissoru, ssenaristi və aktyoru, xarici dildə ən yaxşı filmə görə "Oskar" mükafatı laureatı olan Nikita Mixalkov "Beş gecə", "Piano üçün yarımçıq qalmış pyes", "Oblomovun həyatından bir neçə gün", "Şahidlərsiz", "Qara gözlər", "Urqa", "Günəşdən usanmışlar", "Sibir bərbəri", "12", "Günvurma" və bir çox başqa filmlərin müəllifidir.

Qeyd edək ki, tədbirin biletləri 20-60 AZN arasında dəyişir. Biletləri şəhərin kassalarından əldə etmək olar.

Tarix
2015.11.28 / 17:40
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla