Yuxarı

“Ögey ana”nın Zeynəbi 91 yaşında - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ögey ana”nın Zeynəbi 91 yaşında - Foto

Bu gün milli kinematoqrafiyamızın önəmli simalarından olan Şəfiqə Qasımovanın doğum günüdür.

Şəfiqə xanım 1924-cü ilin bu günü Bakı şəhərində anadan olub.

O, 14 yaşında Maestro Niyazinin bədii rəhbər, Həbib İsmayılovun isə baş rejissor olduğu Musiqili Komediya Teatrının xorunda çalışmağa başlayıb. 1951-ci ildə görkəmli Əfrasiyab Bədəlbəyli tərəfindən Akademik Milli Opera Teatrına dəvət edilib. 1942-1949-cu illərdə xor truppasında işləyib, teatrda baş rolların ifaçısı olub.

"Ulduz", "Qayınana" və digər teatr tamaşalarında yer alan aktrisa Səməd Vurğunun "Vaqif" dramında Xuraman, Cəfər Cabbarlının "Solğun çiçəklər"ində Gülnisə obrazlarını yaradıb. Oynadığı Gülnisə roluna görə Cəfər Cabbarlı adına mükafata layiq görülüb.

Şəfiqə xanım teatr tamaşaları ilə yanaşı, öz istedadını bir çox Azərbaycan filmlərində də nümayiş etdirib. Bu filmlər arasında rejissor Həbib İsmayılovun "Ögey ana" (Zeynəb), Tofiq İsmayılovun "Vulkana doğru" (Ana) və "Bizim məhəllənin uşaqları" (Ana) kimi filmlər var.

1960-cı ildə əməkdar artist adına layiq görülən Şəfiqə Qasımova 2008-ci il aprelin 3-də 83 yaşında vəfat edib.

Tarix
2015.12.05 / 13:50
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla