Yuxarı

Hacı Murad Yagizarovla görüş olacaq

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacı Murad Yagizarovla görüş olacaq

YARAT Müasir İncəsənət mərkəzində məşhur teatr və kino aktyoru Hacı Murad Yagizarovun iştirakı ilə tədbir keçiriləcək.

Axar.az xəbər verir ki, görüş tədbiri dekabrın 11-i saat 19:00-da baş tutacaq.

Xatırladaq ki, Hacı Murad Yagizarov Azərbaycan teatr və kino aktyorudur. Avqustun 18-i 1939-cu ildə Bakıda anadan olub. Hələ məktəbdə oxuduğu dövrdə dram dərnəyində çıxış edib. Çıxışı izləyən görkəmli aktyor Ələsgər Ələkbərov ona Teatr İnstitutuna daxil olmağı məsləhət görür. M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb (1958-1962). 1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. Hacı Murad Yagizarov karyerası boyunca teatrda 70-dən çox rol ifa edib və 30-dan çox filmə çəkilib. Əməkdar artist (1974), xalq artisti (1982), "Humay", "Qızıl Dərviş" və dövlət mükafatları laureatıdır. Sənətkar Azərbaycan teatr sənəti və kinematoqrafiyasının inkişafında xidmətlərinə görə 2009-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib.

Tarix
2015.12.09 / 17:00
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla