Yuxarı

“İçərişəhər”in tizeri yayımlandı – Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İçərişəhər”in tizeri yayımlandı – Video

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında "İçərişəhər" adlı tammetrajlı bədii filmin çəkilişləri bitib.

Axar.az xəbər verir ki, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmov olan psixoloji dram janrındakı filmin tizeri yayımlanıb.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandıracaqlar.

Filmin çəkilişləri Bakı və Zaqatalada aparılıb. Film yaşıdlarının bəsit ambisiyalarından uzaq olan, arzularla yaşayan gənc tələbə Arzu və xəyalları puç olmuş Qarabağ müharibəsi veteranı Rafaelin sevgisindən bəhs edir. Hekayədə əsrlər boyu milli mentalitetin hökm sürdüyü ölkədə gənc qadın üçün ənənələrə zidd olan dəyərlərlə yaşamaq və azad sevməyin nə olduğu, eləcə də cəmiyyətinin ümidlərini doğrultmayanda çəkdirilən əzablar əks olunub.

Tarix
2015.12.16 / 17:37
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla