Yuxarı

Şeyx Əbdül məşhur filmlə bağlı şok faktı açdı

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeyx Əbdül məşhur filmlə bağlı şok faktı açdı

Filmin çəkilişləri başlamışdı, amma Mərkəzi Komitədən qərar verdilər ki, rejissor dəyişdirilsin.

Axar.az xəbər verir ki, bu sözləri aktyor Şeyx Əbdül Mahmudov "Bizim kino" verilişində "Yeddi oğul istərəm" və "Axırıncı aşırım" filmlərinin çəkiliş prosesi haqda danışarkən deyib. Aktyor filmlərin hər ikisinə Mərkəzi Komitə tərəfindən nəzarət olduğunu bildirib:

"Filmi Kamil Rüstəmbəyov çəkməli idi. Hətta çəkilişlər başlamışdı. Amma həmin vaxt "Yeddi oğul istərəm" filmi Mərkəzi Komitənin xüsusi nəzarəti altında idi. Onlar qərar verdilər ki, filmi Kamil Rüstəmbəyov yox, Tofiq Tağızadə çəksin. Elə də oldu. Filmi Kamil bəydən alıb Tofiq bəyə verdilər. Bu, Kamil Rüstəmbəyova çox pis təsir etdi. Tofiq bəy gələndən sonra bir çox epizodu filmdən çıxardı. Hətta orada final epizodunda bəylər kəndə girə bilmirdi və Gəray bəyin göstərişi ilə kəndə od vururdular. Böyük yanğın çıxırdı. Həmin səhnəni də kəsdilər.

Kamil bəyin filmin ondan alınmasından çox pis olduğunu görən Adil İsgəndərov onu bir gün yanına çağıraraq Fərman Kərimzadənin ssenarisini göstərib, "Al bu ssenarini, müəllifi də burdadır. Apar, oxu, istədiyin kimi çək filmini" demişdi. Kamil müəllim həmin filmi çəkdi və beləcə "Qanlı aşırım" "Axrıncı aşırım" filmi oldu".

Tarix
2015.12.20 / 14:25
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla