Yuxarı

Ramil Adiloğlu “Sinema Veriti”də

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramil Adiloğlu “Sinema Veriti”də

Tehranda keçirilən 9-cu Sinema Veriti (Əsil film) beynəlxalq sənədli filmlər festivalında Azərbaycanı rejissor Ramil Adiloğlu təmsil edib.

Axar.az-a açıqlama verən rejissor festivalda ölkəmiz adından "Təpələrin arxasında" ("Beyond the Hills") sənədli filminin nümayiş olunduğunu bildirib.

"Təpələrin arxasında" filmi bir kişi ilə 3 qadının birgə yaşadığı ailə həyatının bir hissəsini göstərir. Biz Azərbaycan həqiqətini başqa tərəfdən göstərmək istəmişik. Həyatın səssiz atmosferi heç də süni deyil. Biz heç bir süni, yalan kadr qurmadıq. Bəzi festivallar dərin filmləri anlamır. Amma Sinema Veriti dünyada ən önəmli festivallardan biridir. Bu, İranda azad festivallardandır. Bizim filmə 1500-ə yaxın tamaşaçı baxdı. Dünyanın müxtəlif yerlərindən gələn prodüserlər filmimizi bəyəndi, iş birliyinə hazır olduqlarını dedilər və dəvətlər də aldıq. Belə festivallarda iştirak vacibdir və möhtəşəmdir. İnanıram ki, biz sənədli kinoda daha böyük işlər görə biləcəyik.

"Təpələrin arxasında" filmini Ramil Adiloğlu rejissor Elvin Adıgözəllə birgə istehsal edib. Filmin prodüseri Guillaume De Seilledir (Fransa). Azərbaycanla yanaşı festivalın xarici yarış bölməsində Çili, Türkiyə, Norveç, Argentina, Almaniya, Kolumbiya, Rusiya, Braziliya, Danimarka kimi ölkələrdən sənədli filmlər iştirak edib. Sinema Veriti bu il 40-a yaxın xarici qonaq qarşılayıb. Eyni zamanda bu il festivalda Avropa sənədli film şəbəkəsi (EDN) də iştirak edib.

Qeyd edək ki, festival 13-19 dekabrda İranın paytaxtı Tehranda keçirilib.

Tarix
2015.12.22 / 18:42
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla