Yuxarı

“Təhminə”nin rejissoru birinci oldu - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Təhminə”nin rejissoru birinci oldu - Video

"Sizcə, Azərbaycan kinematoqrafiyası tarixində ən yaxşı rejissor kimdir?"

Bu sualla Axar.az Azərbaycanın tanınmış sənət adamları arasında sorğu keçirib.

Xalq artisti Rasim Balayev bir neçə rejissorun adını çəkdi:

"Hüseyn Hüseynzadə, Həsən Seyidbəyli, Rasim Ocaqov, Ayaz Salayev. Baxmayaraq ki, Ayaz Salayev az film çəkib, ancaq çox gözəl filmlər ərsəyə gətirib".

Tənqidçi Əsəd Cahangir "Axırıncı aşırım" filminin rejissorunu daha çox bəyənir:

Mənim ən çox sevdiyim filmlər bunlardır:

1. "O olmasın, bu olsun" - Hüseyn Seyidov

2. "Ögey ana" - Həbib İsmayılov

3. "Şərikli çörək" - Şamil Mahmudbəyov

4. "Əhməd haradadır" - Adil İsgəndərov

5. "Sən niyə susursan?" - Həsən Seyidbəyli

6. "Bizim Cəbiş müəllim" - Həsən Seyidbəyli

7. "Tütək səsi" - Rasim Ocaqov

8. "Axırıncı aşırım" - Kamil Rüstəmbəyov

9. "Uşaqlığını son gecəsi" - Arif Babayev

10. "Yeddi oğul istərəm" - Tofiq Tağızadə

11. "Alma almaya bənzər" - Şamil Mahmudbəyov

12. "Babək" - Eldar Quliyev

Bunların arasında ən çox sevdiyim film "Axırıncı aşırım"dır. Məncə, ekranlaşdırılmasından keçən yarım əsr ərzində bu film milli kinematoqrafiyamızın aşılmaz aşırımı olaraq qalmaqdadır. Filmdə məni ən çox cəlb edən sərt, güzəştsiz realizm və bir də çoxqatlılıqdır. Məhz bu çoxqatlılığının hesabına film Sovet vaxtı bir cür, indi isə tam əksinə oxunur. Heç bir Azərbaycan filmi, məncə, sənətin zamanı aşan gücünü bu cür nümayiş etdirə bilmir. Beləliklə, məncə, Azərbaycan kinematoqrafiyasında ən yaxşı rejissor Kamil Rüstəmbəyovdur".

Xalq artisti Nurəddin Mehdixanlı rejissorları iki qrupa ayıraraq fikrini bildirib:

"Mənim üçün Azərbaycan kinematoqrafiya tarixində bir neçə gözəl rejissor var: Hüseyn Hüseynzadə, Tofiq Tağızadə, Rasim Ocaqov, Eldar Quliyev. Çağdaş rejissorlardan isə Yavər Rzayev və Pərvizin adını çəkə bilərəm".

Dramaturq Firuz Mustafa istedadlı rejissorların çox olduğunu düşünür:

"Belə hesab edirəm ki, bizdə öz məktəbini yaratmış rejissorlar Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımovdur. Mənim ona yaxın pyesimə Hüseynağa Atakişiyev quruluş verib. Bu mənada, yaradıcılıq təmasında, bir dost kimi ünsiyyətdə olduğum mərhum Hüseynağanı ən yaxşı rejissorlardan biri hesab edirəm. Təbii ki, bizdə istedadlı rejissorlar çoxdur. Sadəcə olaraq, indiki halda zövq müxtəlifliyindən söhbət gedə bilər".

Xalq artisti Fatma Mahmudova üçün rejissor kimi Ramiz Əzizbəyli daha dəyərlidir:

"Mən Eldar Quliyevi, Vaqif Mustafayevi bəyənirəm. Həmçinin Ramiz Əzizbəyli mənim üçün çox dəyərlidir. Ramiz müəllimə imkan verilsəydi, çox şey edə bilərdi. Sağlıq vəziyyəti Əzizbəyliyə mane olmasaydı, o, çox gözəl filmlər ərsəyə gətirə bilərdi. Onun axırıncı çəkdiyi filmə baxdıqca doymuram".

Şair Aqşin Yenisey fikrini daha yığcam bildirdi:

"Fikrimcə, Azərbaycan tarixinin ən yaxşı rejissoru Rasim Ocaqovdur".

Qeyd edək ki, sorğuda ən çox adı çəkilən rejissor "Ad günü", "Ölsəm, bağışla", "Təhminə" kimi unudulmaz filmlərin müəllifi Rasim Ocaqov olub.

Tarix
2015.12.26 / 01:23
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Məmdaninin Bakıya qarşı mövqeyinin əsl səbəbi...

Rusiya hücumu zəiflədi - Ukrayna güclənir?

Azərbaycan Çexiyada ən iri neft təchizatçısıdır...

Trampa qarşı edilən hücum oyun idi? - Ağar

Azərbaycan-Çexiya tərəfdaşlığında yeni mərhələ başlayır

Babişin Azərbaycana səfəri başa çatdı - Foto

Bundestaqın nümayəndələri Şuşa və Xankəndidə

Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi

Ermənistanın cənubu şimalı ilə Naxçıvan vasitəsilə...

Bu razılaşma ilə bağlı problem var, 4 məktub göndərmişik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla