Yuxarı

Xalq artisti: “Elə bilirlər ki, ölmüşəm...”

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artisti: “Elə bilirlər ki, ölmüşəm...”

Tez-tez mənim haqqımda ölüm xəbərləri çıxır.

Axar az xəbər verir ki, bu sözləri xalq artisti Safura İbrahimova haqqında çıxan xəbərlərlə bağlı "Ondan sonra" verilişində danışarkən deyib. Aktrisa yalan xəbərlərdən bezdiyini bildirib:

"Sənətdən ayrılandan bəri efirə də çıxmıram. Aktrisa olduğumu unutmuşam, özüm üçün yaşayıram. Övladım olmasını istəyirdim, həkim "olmayacaq" deyəndən sonra taleyimi bu cür qəbul etdim. Hətta mənim öldüyümü düşünənlər də var. Tez-tez haqqımda ölüm xəbərləri çıxır. Bəzən zəng edib deyirlər ki, bəs, eşitdik Safura xanım vəfat edib, 40 mərasiminə gəlmək istəyirik. Mən də deyirəm, gəlin, soruşurlar, kimdir? Cavab verirəm ki, danışan Safura xanımın bacısıdır".

Xatırladaq ki, 76 yaşlı xalq artisti Safura İbrahimova "Alma almaya bənzər" (Mədinə), "Qayınana" (Sədaqət), "Arşın mal alan" (Telli) kimi filmlərdə rol alıb.

Tarix
2015.12.26 / 08:45
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla