Yuxarı

Faciəli ömür yaşayan Azərbaycan gözəli - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Faciəli ömür yaşayan Azərbaycan gözəli - Video

Bu gün korifey sənətkar, 39 yaşından xalq artisti adına layiq görülən aktrisa Leyla Bədirbəylinin doğum günüdür.

Axar.az xatırladır ki, Leyla Bədirbəyli 1920-ci il yanvarın 8-də Bakı şəhərində anadan olub. Bir neçə il Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs ansamblının solisti olan Leyla Bədirbəyli 1942-1975-ci illərdə Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib.

Dahi bəstəkar Üzeyir Hacıbəyli Leyla Bədirbəylini ilk dəfə filarmoniyada görmüşdü. Qızın zahiri gözəlliyi, plastikliyi diqqətini çəkmişdi. 1938-ci ildə Moskvada Azərbaycan mədəniyyət günləri keçirilirdi. Nümayəndə heyətinə Üzeyir Hacıbəyli rəhbərlik edirdi. Dahi bəstəkar Leyla Bədirbəylini də bu səfərə dəvət etmişdi. Azərbaycan nümayəndə heyətinin Moskvadakı çıxışları çox böyük uğurla qarşılandı. Konsertlərin birində Stalin də iştirak edib. O, Leyla Bədirbəylini görəndə heyrətə gəlib. Kim olduğunu soruşub. Azərbaycanın cavan bir rəqqasəsi olduğunu və filarmoniyada çalışdığını öyrəndikdən sonra heyranlığını dilə gətirib: "Tı krasavitsa Azerbaydjana".

"Azərbaycan gözəli" adlanan sənətkar çox ağır və məşəqqətli həyat sürüb. 16 yaşı olarkən Fərəc Cavanşirovla ailə quran aktrisanın bu evlilikdən iki övladı - Cavanşir və Mehin dünyaya gəlir. Lakin Leyla xanımın evliliyi uzun çəkmir və bir neçə ildən sonra boşanır. 1942-ci ildə aktrisa ikinci dəfə ailə qurur. Bu evlilikdən də iki övladı - Lalə və Bikə dünyaya gəlir.

Sənətkarın bu xoşbəxtliyi də çox davam etmir və o, yol qəzasına uğrayan həyat yoldaşının itkisi ilə sarsılır. Bu itkidən sonra Leyla xanımın böyük qızı Lalə də vəfat edir. Onu Kukla Teatrının qarşısında maşın vurur.

Leyla Bədirbəyli Azərbaycan kino tarixində yaddaqalan, unudulmaz obrazlar yaradıb, yeni bir tarix yazıb. Onun oynadığı obrazlar müxtəlifliyi, gözəlliyi ilə diqqət cəlb edir.

Gözəlliyi və xüsusi istedadı ilə hər kəsi heyran qoyan aktrisamız "Arşın mal alan" (Gülçöhrə) , "Fətəli xan" (Tuti Bikə), "Koroğlu" (Həcər), "Gənc qadının kişisi" (Qayınana), "Çarvadarların izi ilə" (Məfruzə), "Dəli kür" (Zərnigar), "Dərviş Parisi partladır" (Şəhrəbanu), "Görüş" (Bilqeyis) kimi filmlərdə fərqli obrazlar yaradıb.

Leyla xanım Bədirbəyli 1999-cu il 23 noyabrda Bakıda vəfat edib və anasının yanında dəfn olunmağı vəsiyyət etsə də, Fəxri Xiyabanda torpağa tapşırılıb.

Tarix
2016.01.08 / 12:50
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

TRİPP üzrə yekun saziş bu tarixdə imzalanacaq

Əsədov Mişustinlə telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla