Yuxarı

“Babək”in müəllifi 75 yaşında - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Babək”in müəllifi 75 yaşında - Video

Bu gün böyük kinorejissor, ssenarist, xalq artisti, Şöhrət və Şərəf ordenli Eldar Quliyevin doğum günüdür.

Axar.az xatırladır ki, Eldar Quliyev 1941-ci il yanvarın 18-də Bakı şəhərində anadan olub. O, 1960-1966-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində, Serqey Gerasimovun kursunda təhsil alıb. 1967-ci ildə "Azərbaycanfilm" kinostudiyasında çalışmağa başlayan Eldar Quliyevin ssenari müəllifi olduğu ilk ekran əsəri "Biri vardı, biri yox..." qısametrajlı filmidir.

O, 1969-cu ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.

Eldar Quliyev 1979-cu ildə "Babək" filmini çəkir və bu film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmır. Həmin illərdə "Babək" filmi 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı o, "Ən vacib müsahibə", "Var olun, qızlar...", "Ürək... Ürək...", "Nizami", "Nə gözəldir bu dünya...", "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" və s. filmlərə quruluş verib. Eldar Quliyevin çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda mükafatlara layiq görülüb.

Qeyd edək ki, xalq artisti Eldar Quliyev "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasının professoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvüdür. Professional Kinorejissorlar Gildiyasının ən fəal yaradıcılarından olan Eldar Quliyev Gildiya yaradılan gündən indiyədək qurumun prezidentidir.

Tarix
2016.01.18 / 16:20
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla