Yuxarı

O filmdə möhür olmamalı idi - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
O filmdə möhür olmamalı idi - Video

Peşəkar nöqteyi-nəzərdən bəlkə də bu filmdə hansısa problemlər var.

Bu sözləri tanınmış aktyor Kamran Yunis "Nizami" filmi ilə bağlı Axar.az-a danışarkən deyib. Onun sözlərinə görə, filmdəki möhür detalı ciddi səhvdir:

"Filmdə möhürlə bağlı olan hissəyə iradım var, çünki o dövrdə şiəlik təriqəti Azərbaycanda yox idi. Möhür şiəliyin bizə gətirdiyi bir atributdur. Şiəliksə Azərbaycana Şah İsmayıl Xətainin gücünə gəlib. O ki qaldı "Nizami" filminə, filmdə gözəl aktyor ansamblı var.

Çoxları Eldar Quliyevi qınayır ki, niyə Nizami rolunda Müslüm Maqomayevi çəkib. Amma düşünürəm ki, Şeyx Nizamini məhz Müslüm kimi dahi oynaya bilərdi. Qara Qarayev musiqisi, Rasim Balayevin qəzəl ifaları, Həsənağa Turabovun oyunu həqiqətən filmin bəzəyidir. Bir iradım isə budur: Nizami haqda film daha böyük olmalı idi. Çünki Nizamı böyükdür. 900 ilə yaxın yol gələn insan balaca ola bilməz".

Tarix
2016.01.18 / 17:27
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla