Yuxarı

Pyer Rişar: "Bakıdan söz düşəndə..."

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pyer Rişar: "Bakıdan söz düşəndə..."

Bakıdan söz düşəndə həmişə xatirimdə orada tanış olduğum səmimi insanlar canlanır. Bakıda özümü çox yaxşı hiss edirəm.

AzərTac xəbər verir ki, bu sözləri Rusiyanın TASS agentliyində keçirilmiş mətbuat konfransında dünya şöhrətli fransız aktyoru Pyer Rişar deyib.

Fransa kino ulduzu Rusiya paytaxtına öz həyatından bəhs edən "III Pyer Riçard" monotamaşasını nümayiş etdirmək üçün gəlib. Fevralın 4-7-də Moskvanın "Kosmos" konsert zalında təqdim edilən tamaşa daha sonra Sankt-Peterburq və Voronejdə nümayiş olunacaq.

Milyonların sevimlisi həm də böyük qurman olduğunu qeyd edib, Moskvaya gələn kimi "borş" sifariş verdiyini söyləyib. Pyer Rişar Bakıdan Fransaya, evinə kürü gətirdiyini də yada salıb: "Fransada kürü çox bahalı nemətdir. Yadımdadır, 20 il əvvəl Bakıdan qayıdanda dostlarım çantama qara kürü ilə dolu banka qoymuşdular. Həyat yoldaşımla o kürünü məmnuniyyətlə yedik".

Jurnalistlərin suallarını cavablandıran aktyor çəkildiyi filmlər arasında ən çox "Oyuncaq" filmini sevdiyini söyləyib. "Uğursuzlar" filminin qəhrəmanına isə heç oxşamadığını vurğulayan Pyer Rişar deyib ki, o, xoşbəxt adamdır və həyatda həmişə bəxti gətirib.

Aktyor siyasətlə maraqlanmadığını da bildirib. Rusiyaya gəlməsi ilə bağlı Fransada hər hansı problemlə üzləşmədiyini və rəsmilər tərəfindən ona heç bir təzyiq göstərilmədiyini söyləyən aktyor deyib: "Mən sadəcə artistəm, mən yalnız rol oynayıram".

Tarix
2016.02.03 / 21:13
Müəllif
Axar.az
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla