Yuxarı

“Robinzon və 9 cümə” təqdim olunacaq

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Robinzon və 9 cümə” təqdim olunacaq

Fevralın 23-də Nizami Kino Mərkəzində Gürcüstanın "K Production" kino şirkəti tərəfindən Azərbaycan kinematoqrafçılarının iştirakı ilə istehsal edilmiş "Robinzon və 9 cümə" bədii filminin təqdimatı keçiriləcək.

Axar.az xəbər verir ki, təqdimatdan əvvəl - saat 17:00-da Nizami Kino Mərkəzinin mətbuat klubunda filmin yaradıcı heyətinin iştirakı ilə mətbuat konfransı olacaq.

Təqdimatda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstan Respublikası Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında İşçi Qrupunun toplantısı çərçivəsində ölkəmizdə səfərdə olacaq Gürcüstan nümayəndə heyəti də iştirak edəcək.

Qeyd edək ki, filmin quruluşçu rejissoru Georgi Kikaleişvilidir. Filmdə Paata Quliaşvili, Vaxtanq Kikabidze, İrakli Pircxalava, Keta Topuriya, Polad Bülbüloğlu, Bəhram Bağırzadə, Manana Çaparidze, Nani Breqvadze, Luçiya Luşik, Arçil Meparidze, Kaxi Kavsadze və başqaları rol alıb.

Tarix
2016.02.18 / 17:30
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Vəzifəsindən azad olunan polkovnik Əsədova yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla