Yuxarı

Nəvələrindən xalq artistinə sürpriz - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəvələrindən xalq artistinə sürpriz - Foto

Bu gün xalq artisti Ramiz Novruzun doğum günüdür.

Axar.az xatırladır ki, Ramiz Novruz 1955-ci il mayın 25-də Biləsuvar rayonunun Səmədabad qəsəbəsində anadan olub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə bitirib. Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub.

R.Novruz "Nizami" filmində Dərbənd elçisi, "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov kimi maraqlı rollar canlandırıb. H.Cavidin "Topal Teymur" (Divanbəy), L.Tolstoyun "Kreyser sonatası" (Musiqi müəllimi), V.Şekspirin "Antoni və Kleopatra" (Antonio), Orxan Kamalın "Dodaqdan qəlbə" (Kənan bəy) və başqa obrazları böyük ustalıqla oynayıb.

O, teatr sənətindəki xidmətlərinə görə 1993-cü ildə əməkdar artist, 1998-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

Doğum günü ilə bağlı Axar.az-a danışan xalq artisti Ramiz Novruz ad gününü ailəsi ilə birlikdə qeyd edəcəyini bildirib:

"Ad günlərimi qeyd etməyi çox sevirəm. Dünən nəvələrim mənə tortla sürpriz etdilər. Ad günümü qohum-əqrəba ilə, ailəmlə birlikdə qeyd edəcəyik. Belə gözəl günləri doğmalarla birlikdə keçirmək məni xoşbəxt edir".

Tarix
2016.05.25 / 14:54
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla