Yuxarı

Alman kinorejissoru AMEA-da oldu

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alman kinorejissoru AMEA-da oldu

Mayın 26-da alman kinorejissoru Fridhelm Brüknerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda olub.

Axar.az-a Tarix İnstitutunun mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə institutun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov alman qonaqlara Azərbaycanın Avropa, o cümlədən Almaniya ilə siyasi və mədəni əlaqələrin tarixi, ölkəmizə səyahət edən xarici səyyahların əsərləri, XIX əsrdə Azərbaycanın qərbində salınan alman məskənləri, Simenslərin Azərbaycandakı fəaliyyəti haqqında geniş məlumat verib:

"Tarix İnstitutu Almaniyanın Berlin şəhərinin Bundesarxiv, Xarici İşlər Nazirliyinin Siyasi Arxivi və Prussiya Mədəni İrsinin Gizli Dövlət Arxivində Azərbaycan tarixi ilə bağlı bır sıra sənədlərin kataloqlarını ölkəmizə gətirib".

Alman rejissoru Fridhelm Brükner Azərbaycan və Gürcüstanda mövcud olan alman irsini sənədləşdirən film layihəsi üzərində işləyir.

"Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda və digər Qafqaz ölkələrində yaşamış almanların irsinin dünyaya çatdırılmasıdır", - deyə Brükner bildirib.

Kinorejissor F.Brükner qeyd edib ki, bu film layihəsi Azərbaycanın həm Almaniyada, həm də Avropada tanınmasına böyük təsir göstərəcək.

Sonda tarixçi-alim Y.Mahmudov Azərbaycan həqiqətlərinin Almaniyada təbliğatının gücləndirilməsinin vacibliyini bildirib.

Qeyd edək ki, 2016-2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyinin qeyd olunması ilə bağlı qəbul olunmuş qərara əsasən Azərbaycanda mövcud olan alman irsi haqqında film çəkiləcək.

Tarix
2016.05.28 / 11:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla