Yuxarı

Ronaldinyo Vandam və Taysonla eyni filmdə

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ronaldinyo Vandam və Taysonla eyni filmdə

Braziliyalı əfsanəvi futbolçu Ronaldinyo "Kikboksçu: İntiqam" filmində rol alacaq.

ANS-in məlumatına görə, futbolçu filmdə döyüş sənətlərinin ustası rolunu canlandıracaq. Kinoda onun adı Ronaldo olacaq.

Ronaldinyo öz bacarıqlarını filmin baş qəhrəmanı Jan-Klod Vandama öyrədəcək. Filmin qəhrəmanı bu dəfə də muay tay üzrə çempion olan Tonq Podan intiqam alacaq. Məşhur futbolçudan əlavə filmdə əfsanəvi boksçu Mayk Tayson və tanınınmış qarışıq döyüş ustası Peyc Vanzant da rol alacaq. "Kikboksçu: İntiqam"ın prodüseri Rob Hikman Ronaldinyonu filmə dəvət etməsinin səbəbi kimi onun populyar olduğunu göstərib. "Biz Ronaldinyonun populyarlığını nəzərə almışıq. Futbolçunun xarizmasından başqa, onun sosial şəbəkədə 66 milyon izləyicisi var". Ronaldinyo "İnstagram" səhifəsinə film çəkilişindən fotolar paylaşıb.

36 yaşlı futbolçu ötən il "Flumense" klubundan ayrılandan sonra klubsuz qalıb. "Kikboksçu" filmi ilk dəfə 1989-cu ildə çəkilib.

Tarix
2016.06.03 / 11:12
Müəllif
Axar.az
Digər xəbərlər

Vəzifəsindən azad olunan polkovnik Əsədova yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla