Yuxarı

Ağ Evdə təslim olduqsa, bəs necə kampaniya aparırıq?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağ Evdə təslim olduqsa, bəs necə kampaniya aparırıq?

Deyirsiniz ki, 8 avqust - seçki kampaniyasıdır. Belə çıxır ki, bu (Azərbaycanla Ağ Evdə imzalanan saziş - red.), yaxşı haldır? Deyirlər ki, bu, kapitulyasiyadır. Əgər bu, yaxşı deyilsə və biz seçkiqabağı kampaniyanı bunun üzərində qurmuşuqsa, siz (müxalifət - red.) buna sevinməlisiniz!

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdə müxalif “Ermənistan” fraksiyası üzvlərinə müraciətində deyib.

“Bəs siz nəyə görə kədərlənirsiniz? Çünki yaxşı işdir? Əgər yaxşı işdirsə, biz heç bir kampaniya aparmırıq, sadəcə, bu yaxşı işi görürük”, - Paşinyan bildirib.

Tavuşdakı demarkasiyadan danışan Paşinyan qeyd edib:

“Hamını gedib Kirants kəndini görməyə dəvət edirəm. Soruşurdular ki, Əskiparada kilsə necə olacaq? Qoy bu gün getsinlər və Kirantsa baxsınlar. Bu gün örnək kənddir. Deyirdilər ki, insanlar köçürlər. Ən yaxşı vaxtlarda Kirantsda 84 ev var idi, bu gün isə orada 50-dən çox yeni ev tikilir”.

Tarix
2025.09.10 / 21:46
Müəllif
Axar.az
Digər xəbərlər

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

Mirziyayevdən Bakıya xüsusi jest: Cəmi 4 gün sonra... - Foto

Prezident Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

Vladimir Putin İlham Əliyevə zəng etdi

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla