Yuxarı

İlham Əliyev Qırmızı Bazar qəsəbəsində oldu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olub.

Axar.az xəbər verir ki, Qarabağ bölgəsinin məşhur yaşayış məntəqələrindən olan, mühüm strateji və coğrafi mövqeyə malik Qırmızı Bazar qəsəbəsi 2023-cü ildə Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində Azərbaycanın nəzarətinə keçib.

Bundan sonra qəsəbədə elektrik və qaz xətləri, həmçinin artezian quyusu bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 2 transformator quraşdırılıb, 3 su anbarı təmir edilib, 11 kilometrdən çox uzunluqda təbii qaz xətti çəkilib. Hazırda Qırmızı Bazar qəsəbəsində ictimai-məişət obyektləri, həmçinin istehsal emalatxanası fəaliyyət göstərir.

Qəsəbədə 300 fərdi ev mövcuddur ki, onlardan da 71-i yararsızdır, 229-u isə qismən yararlıdır. Artıq 10 ev istismara hazırdır. Ümumilikdə 2025-ci ilin sonunadək 217, 2026-cı ildə isə 12 fərdi ev bərpa olunacaq. Hazırda 10 ailə (39 nəfər) qəsəbəyə qayıdıb.

Dövlətimizin başçısı qəsəbəyə köçmüş İslam Dadaşovun evində oldu.

Tarix
2025.09.14 / 15:16
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Şuşakənddə oldu

İlham Əliyev Sos kəndində oldu

Soyqırımdan və Ağrı dağdan imtina - Paşinyan mesaj verdi

İlham Əliyev Hadrutda məscidin açılışında iştirak etdi

İlham Əliyev Hadruta getdi - Foto

İlham Əliyev Füzulidə bu kəndin təməlini qoydu

Türk dövlətlərinin sığortaçıları birgə sənəd imzaladı

Türkiyənin bu şəhəri Bakı ilə qardaşlaşır

Rusiya S-400-ləri Türkiyədən geri alır?

Ceyhun Bayramov Qətərə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla