Yuxarı

Türkiyə-Rusiya ittifaqı? - Baxçalının təklifi ölkəni silkələdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə-Rusiya ittifaqı? - Baxçalının təklifi ölkəni silkələdi

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının dünyaya meydan oxuyan ABŞ-İsrail koalisiyasına qarşı “Türkiyə-Rusiya-Çin ittifaqı qurulsun” təklifi qardaş ölkədə geniş əks-səda doğurub. Türkiyə tarix boyu Rusiya və Çinlə ittifaq içində olmayıb. Ancaq dünyada reallıqlar sürətlə dəyişir və dünənə qədər rəqib olan dövlətlər tərəfdaşlara, tərəfdaş olan dövlətlər isə tərsinə rəqibə, hətta düşmənə çevrilirlər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Türkiyənin Rusiya və Çinlə ittifaq qurması çətin təsəvvür edilir:

“Əlbəttə, Türkiyənin ABŞ və AB ilə münasibətləri hamar deyil, İsrailin Qəzzanı yerlə-yeksan etməsi və buna Vaşinqtonun seyrçi qalması Türkiyənin siyasi dairələrini və cəmiyyətini antiqərb əhval-ruhiyyəyə kökləyib. Ancaq bunun alternativi Türkiyənin Rusiya və Çinlə ittifaq qurmasıdırmı? Bu ittifaq NATO üzvü olan Türkiyənin maraqlarına nə dərəcədə cavab verə bilər?

Ankaranın son illərdə Moskva və Pekinlə dialoqu genişlənib, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında iştirak edib. Dövlət Baxçalı bu əməkdaşlığın daha üst səviyyəyə qaldırılmasını təklif edib. Türkiyənin Rusiya və Çinlə ittifaq qurması Ankaranın Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dəstəkləməsi, Çinin isə uyğur türklərinə qarşı yürütdüyü siyasətinə normal yanaşması anlamına gələcək. Moskva və Pekin müttəfiq olacaqlarsa, Ankaranın onların ünvanına “Rusiya Ukraynanın ərazi bütövlüyünü pozmamalıdır” və ya “Çin uyğurların haqlarına hörmət etməlidir” kimi iradlar səsləndirməsi mümkün olmayacaq. Azərbaycanın milli və təhlükəsizlik maraqları baxımından da Türkiyənin Rusiya ilə ittifaqı Cənubi Qafqaz üçün faydalı deyil. Əksinə, Azərbaycan Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının azalmasını istəyir”.

Tarix
2025.09.19 / 13:52
Müəllif
Axar.az
Digər xəbərlər

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla