Yuxarı

Sülhün imzalanması üçün İrəvanın bu addımı zəruridir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sülhün imzalanması üçün İrəvanın bu addımı zəruridir

Mövcud qlobal və regional təhlükəsizlik çağırışlarının qarşısında hərtərəfli siyasi koordinasiya və həmrəylik nümayişi son dərəcə vacibdir.

Axar.az APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısında deyib.

Nazir bildirib ki, formalaşmaqda olan yeni beynəlxalq təhlükəsizlik arxitekturasında Türk Dövlətləri Təşkilatı güc birliyinin simvolu kimi daha mühüm rol oynamaq potensialına malikdir:

“Azərbaycanın onilliklər boyunca münaqişə vəziyyətində olduğu Ermənistanla normallaşma prosesi istiqamətində göstərdiyi ardıcıl səylər, məqsədyönlü fəaliyyətlər də regionumuzda sülh və sabitliyin bərqərar edilməsinə hesablanıb.

Məlum olduğu kimi, 2023-cü ildə Azərbaycan öz suverenliyini tam bərpa etdikdən sonra Ermənistanla münasibətlərin normallaşması istiqamətində tərəflər arasında birbaşa təmaslar və birgə səylərin intensivliyi daha da artıb. Bu çərçivədə 8 avqustda ABŞ-da keçirilən Zirvə görüşü və imzalanan sənədlər tarixi əhəmiyyət daşıyır. Bu tarixi fürsətin düzgün dəyərləndirilməsi və sülh müqaviləsinin imzalanması üçün Ermənistan tərəfindən Azərbaycana qarşı Konstitusiya səviyyəsində təsbit olunan ərazi iddialarının aradan qaldırılması zəruridir”.

Tarix
2025.10.07 / 09:48
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla