Yuxarı

Zakir Həsənov Çikovani ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov Çikovani ilə görüşdü

Azərbaycanın müdafiə naziri Zakir Həsənovla Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında görüş keçirilib.

Axar.az xəbər verir ki, İrakli Çikovani Vaşinqtonda Azərbaycanla Ermənistan arasında imzalanmış birgə bəyannamənin Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyini deyib.

O, Gürcüstan tərəfinin regional əməkdaşlığın inkişafına töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.

İ.Çikovani qeyd edib ki, Gürcüstanla Azərbaycan arasında strateji əməkdaşlıq regionun təhlükəsizliyi və inkişafı üçün əsasdır. O, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə general-polkovnik Zakir Həsənova təşəkkür edib.

Nazir Azərbaycanla müdafiə sahəsində ikitərəfli və üçtərəfli formatda əməkdaşlığa diqqət çəkib. Onun sözlərinə görə, 2025-ci il üçün ikitərəfli əməkdaşlıq planında nəzərdə tutulan tədbirlər uğurla planlaşdırılıb və həyata keçirilib.

Söhbət zamanı Azərbaycan hərbçilərinin çoxmillətli birgə hərbi təlimlərdə, eləcə də hərbi təhsil sahəsində planlaşdırılan kurslarda iştirakı məsələsinə də toxunulub.

Tarix
2025.10.09 / 17:12
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla