Yuxarı

Düşənbədə XİN rəhbərlərinin iclası keçirildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Düşənbədə XİN rəhbərlərinin iclası keçirildi

2025.10.09 - 21:24

Oktyabrın 9-da xarici işlər naziri Ceyhun Bayramov Tacikistanın paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.

Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Çıxışda Azərbaycanın MDB çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiyalar, humanitar, gənclər və s. istiqamətlər üzrə əməkdaşlığa baxışı barədə məlumat verilib.

Nazirlər Şurasının uğurlu təşkilinə görə, Tacikistan tərəfinə təşəkkür edilib, növbəti ildə Birliyə sədrliyi həyata keçirəcək Türkmənistana uğurlar arzulanıb.

Təşkilata üzv dövlətlərlə qarşılıqlı səfər və təmasların artırılmasının ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığa töhfə verdiyi, o cümlədən Xarici İşlər Nazirləri Şurası formatının öz növbəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsində faydalı olduğu qeyd edilib.

Nazir Ceyhun Bayramov 28 sentyabrdan 8 oktyabra qədər Azərbaycanda keçirilmiş III MDB Oyunlarının uğurlu təşkilindən bəhs edib və Laçının 2025-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı seçilməsinə göstərilən dəstəyə görə, minnətdarlığını bildirib. O, Laçın şəhərinin unikal irsini nümayiş etdirmək məqsədilə artıq çoxsaylı mədəni tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Təhlükəsizlik çağırışlarına toxunan nazir, terrorizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə əlaqələndirilmiş səylərin vacibliyini vurğulayıb və bu sahələrdə qəbul olunacaq birgə sənədləri alqışlayıb.

Çernobıl faciəsinin 40 illiyi ilə bağlı danışan nazir, bu hadisənin davam edən humanitar və ekoloji nəticələrini xatırladıb.

Azərbaycanın MDB tərəfdaşları ilə qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyi vurğulanıb, qarşılıqlı ticarətin davamlı artımı müsbət dinamikanın göstəricisi kimi qeyd olunub.

Ölkəmizin MDB çərçivəsində etimadın gücləndirilməsinə və konstruktiv dialoqun təşviqində maraqlı olduğu qeyd edilib.

Tarix
2025.10.10 / 01:04
Müəllif
Axar.az
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla