Yuxarı

Vensin Bakıya səfər proqramına nələr daxildir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vensin Bakıya səfər proqramına nələr daxildir?

Axar.az Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyovun Teleqraf-a müsahibəsini təqdim edir:

- Rasim müəllim, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens fevralda Azərbaycan və Ermənistana səfər edəcək. Səfər proqramına nələr daxildir?

- Onun səfər proqramına Azərbaycanla Ermənistan arasında sülh prosesi, Zəngəzur dəhlizi (Tramp marşrutu) ilə yanaşı, ayrı layihələr də daxildir. Ermənistanda data mərkəzinin yaradılması, süni intellekt və nüvə enerjisi ilə bağlı proqramların icrası nəzərdə tutulub. Həmçinin orada modul tipli nüvə stansiyalarının tikilməsi də planlaşdırılır. Sözsüz ki, bütün bunlar Zəngəzur dəhlizini (Tramp marşrutu) əhatə edir. Ona görə də Ermənistan hökumətinin digər işləri görəcəyi, amma Tramp marşrutunu ləngidəcəyi ehtimalı çox azdır. ABŞ-Ermənistan münasibətlərinin hazırkı səviyyəsi Zəngəzur dəhlizinin açılmasını da nəzərdə tutur.

- Azərbaycanla Ermənistan arasında sülh müstəvisində atılan addımlar, nəqliyyat dəhlizlərinin blokadadan çıxarılmasında bəzi bölgə dövlətlərinin narahatlığı var. Bu nə ilə bağlıdır?

- Əslində bu addım bölgə dövlətlərini narahat etməməlidir. Qonşu Gürcüstanda bəziləri bu mövzuda informasiya məkanlarında spekulyasiya ilə məşğul olur. İddiaları da odur ki, Azərbaycanla Ermənistan arasında bilavasitə yol açılsa, Gürcüstan itirəcək və s. Fakt isə odur ki, Azərbaycan Gürcüstanın dəmir yollarının modernləşməsinə, Axalkalaki-Qars dəmir yolunun tikintisinə bir milyard dollar həcmində kredit ayırıb. Bu kreditlər isə həmin dəmir yollarının istifadəsi ilə geri qaytarılmalıdır. Ona görə də, həmin yoldan yüklərin dövriyyəsi sürətlə artır.

- Ermənistanla yolun açılması bu istiqamətdə yüklərin daşınmasında azalmaya səbəb ola bilərmi?

- Heç yerdə yazılmayıb ki, Azərbaycanla Ermənistan arasındakı dəmir yolu əlaqəsi mütləq şəkildə Gürcüstan üzərindən keçməlidir. Bu vaxta qədər Bakı ilə İrəvan arasında heç bir ticarət əlaqəsi mövcud deyildi. Ona görə də indiki halda Gürcüstanın bu məsələdə nə isə itirəcəyi ilə bağlı iddialar əsassızdır. Sözsüz ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması şəraitində iki ölkə arasında kommunikasiya xətləri bərpa edilməlidir. Bu ilk növbədə Mehridən keçən dəmir yolu ilə bağlıdır. Eyni zamanda burada dəmir və avtomobil yolu ilə yanaşı, fiberoptik və elektrik xəttinin, eyni zamanda qaz kəmərinin çəkilməsi də nəzərdə tutulub. Bununla ilk növbədə Naxçıvanın ehtiyacları təmin ediləcək. Bütün bunlar isə gələcəkdə nəzərdə tutulan məsələlərdir. Bununla yanaşı, Qazax-İcevan yolu da bərpa olunacaq.

- Bütün bunların fonunda 2026-cı ildə Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması mümkündürmü?

- Bunun baş verməsi ehtimalı çox yüksəkdir. Eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinin də qaydaya salınması paralel şəkildə həyata keçiriləcək.

Tarix
2026.01.27 / 15:45
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

Ermənilər Köçəryana inandılar və Qarabağı tərk etdilər!

Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi

Azərbaycan keyfiyyətli hərbi məhsullar istehsal edir – Gülər

Ərdoğan Bakı ilə danışdı: Onu Türkiyəyə buraxmadı - Təcili

Çavuşoğlunun qardaşı güllələndi, Bayramov zəng etdi

Bu ölkə ilə müdafiə sahəsində saziş təsdiqləndi

NFC ödənişi zamanı hesabdan silinmələrin gecikməsi...

Simonyan açıqladı: Bakıya getməyə hazıram

Azərbaycanla müharibə xəbərdarlığı edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla