Yuxarı

Xameneinin öldürülməsi bu məqsədin tərkib hissəsidir...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xameneinin öldürülməsi bu məqsədin tərkib hissəsidir...

Hazırda İran ətrafında gərginlik pik həddə çatıb. ABŞ və İsrail strateji müttəfiq olaraq İrandakı rejimi dəyişdirməyə çalışır. Hər iki müttəfiq uzun illərdir ki, İranı nüvə silahı hazırlamağa çalışmaqda, eləcə də beynəlxalq terrorizmə dəstək verməkdə ittiham edir. Bu səbəblərdən də, ABŞ və digər Qərb dövlətləri İrana qarşı ağır sanksiyalar tətbiq edib. Lakin hazırkı qarşıdurma vəziyyəti isə əvvəlkilərdən fərqlənir.

Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.

O bildirib ki, ötən dövrdə tərəflər hərbi yola əl atmadan sanksiyalar vasitəsilə İrana təzyiqlər edirdi:

“Sadəcə, hərdən lokal şəkildə qarşılıqlı hava hücumları baş verirdi. Lakin ötən ilin iyun ayında 12 günlük müharibənin baş verməsi artıq hərbi variantın daha da genişlənə biləcəyi ehtimalını yüksəltdi. 12 günlük müharibədən sonra ABŞ və İran problemi siyasi müstəvidə həll etmək üçün bir sıra görüşlər keçirsə də, görünən odur ki, bu danışıqlar fiaskoya uğradı. ABŞ İranın nüvə proqramından və ballistik raket istehsalından əl çəkməsini tələb etsə də, rəsmi Tehran bununla razılaşmayaraq öz suverenliyinə təhdid hesab edirdi. Nəticə isə göz qabağındadır”.

Millət vəkilinin sözlərinə görə, əvvəlki qarşıdurmalardan fərqli olaraq ABŞ və İsrail açıq şəkildə məqsədlərinin İrandakı rejimin devrilməsi olduğunu bəyan ediblər:

“Ali dini lider Xameneinin öldürülməsi də bu məqsədin tərkib hissəsidir. Belə bir şəraitdə variantlardan biri odur ki, vəziyyət qısa müddətli eskalasiya ilə yekunlaşa bilər. Bu ssenaridə İran sərt şəkildə cavab verir, raket və dronlarla ABŞ və müttəfiq qüvvələrə, eləcə də İsrailə hücumlar təşkil edir.İranın müttəfiq qrupları, məsələn, proksi qruplar regionda hücumları genişləndirə bilər.

Digər tərəfdən, diplomatik həll və atəşkəs yolu ilə münaqişəni məhdudlaşdıra bilər. Bəzi analizlər bu ssenarini mümkün hesab edir. Nəzərə alaq ki, BMT, Oman və digər ölkələr atəşkəs təşəbbüsləri irəli sürürlər. Əgər vasitəçilərin təşəbbüsü ilə atəşkəs əldə olunarsa, bu, vəziyyəti daha da geniş müharibəyə çevirmədən dayandırmağa kömək edə bilər. Bu ssenari, hər iki tərəfin iqtisadi və siyasi riskləri nəzərə alaraq dialoqa üstünlük verməsi ilə bağlıdır.

Ən riskli ssenari isə münaqişənin Yaxın Şərqdə regional savaşa çevrilməsidir. Belə olan halda, İranın müttəfiq qrupları və proksi qüvvələri də müharibəyə qoşula bilər. Livan, Suriya, İraq və digər ölkədə bunun baş verməsi mümkündür. Eləcə də, region dövlətləri olan Səudiyyə Ərəbistanı, BƏƏ və s. müxtəlif tərəflərlə əməkdaşlıq edə bilər. Digər tərəfdən, Rusiya və Çin kimi böyük güclər qeyri-birbaşa rol oynaya bilər. Bu ssenaridə regional sabitlik daha da pozularaq uzunmüddətli konflikt yaranar.

Onu da qeyd etmək lazımdır ki, İranın ərəb, körfəz ölkələrindəki ABŞ hərbi bazalarını hədəfə alması potensial tərəfdaşlarını özündən uzaqlaşdırmaq deməkdir. Tehran bu addımı ilə regionda özünü təcrid edir və təklənir”.

Deputat qeyd edib ki, hazırda İranda rejim dəyişikliyinin baş verəcəyini proqnozlaşdırmaq çətindir:

“Doğrudur, bu ölkədə əhalinin 20-25 faizi rejimin dəyişməsinin tərəfdarıdır. Ali dini liderin öldürülməsi rejimin dəyişdirilməsi anlamına gəlmir. Çünki 1979-cu ildə şah rejimi devriləndən sonra, ötən 47 il ərzində dini rejim güclü sistem yaradıb və bu rejimi dəyişmək elə də asan məsələ deyil.

Əgər İran əhalisinin mütləq hissəsi ABŞ-ın rejim dəyişikliyi hədəfini dəstəkləməsə, bu ssenarinin baş tutması real görünmür. Müxalifət və hakimiyyət arasında gərginlik artarsa, siyasi xaos və ya rejim dəyişikliyi baş verə bilər. Əgər bu hadisələr fonunda idarəçilik sistemi dəyişərsə, bu, İranda müəyyən müddət sonra dövlət quruluşunun da dəyişməsinə yol açacaq”.

Tarix
2026.03.02 / 09:53
Müəllif
Axar.az
Digər xəbərlər

“Traktor” Bakıya səsləndi: Cənubu qorumaq lazımdır!

Nazirlər son hərbi qarşıdurmadan narahatdır - XİN

Xamenei ABŞ zərbəsi ilə ölməyib? - Arakçının eyhamı...

XİN rəhbəri ispan həmkarı ilə Yaxın Şərqi müzakirə etdi

Bayramov iraqlı həmkarı ilə regionu müzakirə etdi

Serb diplomatlar Azərbaycana təxliyə olunacaq - Vuçiç

Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi

Bayramov Özbəkistan XİN başçısı ilə danışdı

İlham Əliyev Pezeşkiana başsağlığı verdi

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla