Yuxarı

Türkiyədən alırdı, indi özü ərəb ölkələrinə satır...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən alırdı, indi özü ərəb ölkələrinə satır...

Rusiya 2022-ci ilin fevral ayında Ukraynaya qarşı işğalçı müharibəyə başlayanda Kiyevin dronları yox idi. Ukrayna ona lazım olan dronları müharibənin ilk ilində Türkiyədən alırdı. Müharibə beşinci ilinə keçib və Ukrayna müxtəlif modifikasiyalı dron istehsalına görə dünya liderləri sırasındadır. Bundan başqa, Ukrayna Rusiya dronları ilə mübarizədə böyük təcrübə qazanıb. Məhz buna görə İranın dron hücumlarına məruz qalan Körfəz ölkələri Ukraynanın bu təcrübəsindən faydalanmağa qərar veriblər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Körfəz ölkələrinə səfəri uğurlu olub:

“Körfəz ölkələri Ukraynadan İranın pilotsuz uçuş aparatları ilə mübarizə qabiliyyətinə malik dronlar alacaqlar.

Bu arada, dünyanın inkişaf etmiş ölkələrindən Yaponiya da Ukrayna ilə dron istehsalı sahəsində əməkdaşlıq etməyə qərar verib. ABŞ və İsrailin İrana qarşı müharibəsi göstərir ki, bahalı hava müdafiə sistemləri böyük maliyyə xərci tələb etməyən dronlara qarşı mübarizədə tam effektiv deyillər. Ona görə Yaponiya Körfəz ölkələri kimi həm dron istehsalı, həm də dronlarla mübarizə texnolgiyası sahəsində Ukrayna ilə əməkdaşlıq edəcək. Ukrayna bununla həm etibarlı tərəfdaşlar, həm də Rusiya ilə mübarizədə dron istehsalını genişləndirmək üçün maliyyə əldə edəcək.

Ümumiyyətlə Yaxın Şərqdəki müharibələr, o cümlədən Asiya bölgəsində Çin və Şimali Koreyanın hərbi gücünü artırması Yaponiya hökumətini İkinci Dünya müharibəsindən sonra qəbul olunan sülhpərvər Konstitusiyanı dəyişdirməyə vadar edəcək. Hazırki Konstitusiya Yaponiyaya hərbi xərcləri artırmağı və modern hərbi texnika istehsalını qadağan edir. Ancaq dünya dəyişib və vaxtilə Tokioya sülhpərvər Konstitusiyanı qəbul etdirən Vaşinqtonun özü indi Yaponiyaya hərbi qüdrətini artırmağı məsələhət bilir.

Yaponiyanın baş naziri Sanae Takaiçi Çinlə konstruktiv əlaqələrin tərəfdarı olsa da, iki ölkə arasındakı gərginliyin artmasından narahatdır. Birincisi, Tokio Çinin Tayvan adasını nəzarətə götürmək istəyinin Yaponiyanın təhlükəsizliyinə ciddi təhdid olacağı qənaətindədir. İkincisi, Çinin Yaponiya sahillərinə yaxın adalara iddialı olması, o cümlədən Çinin Rusiya ilə birgə adalar ətrafında artan hərbi təlimləri Tokionu adekvat addımlara məcbur edir”.

Tarix
2026.03.30 / 16:06
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistan Azərbaycana təşəkkür etdi

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident və xanımı Balayevlə vida mərasiminə əklil göndərdi

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla