Yuxarı

Azərbaycan və Ukrayna XİN başçıları görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan və Ukrayna XİN başçıları görüşdü

11:37

Kiyevdə Azərbaycan və Ukrayna xarici işlər nazirlərinin görüşü başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məlumata görə, Ceyhun Bayramov və Andrey Sibiqa arasında təkbətək görüş keçirilir.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri çərçivəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə geniş tərkibdə görüşü keçirilib.

Bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında paylaşılıb.

Bildirilib ki, nazirlər Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana səfərindən sonra dövlət başçıları arasında əldə olunmuş razılaşmaların icra vəziyyətini nəzərdən keçiriblər.

Görüşdə Azərbaycan-Ukrayna strateji tərəfdaşlığı, ticarət, enerji, investisiya, nəqliyyat, humanitar və çoxtərəfli əməkdaşlıq, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər yüksək səviyyəli təmasların davam etdirilməsinin, siyasi məsləhətləşmələrin, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın və İşgüzar Şuranın fəaliyyətinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Nazirlər Ukraynada davam edən müharibə fonunda regional proseslər və beynəlxalq çağırışlar ətrafında da fikir mübadiləsi aparıblar. Ceyhun Bayramov hərbi əməliyyatların ən qısa zamanda dayandırılmasının və beynəlxalq hüquqa ciddi riayət olunmaqla münaqişənin diplomatik yollarla həllinin vacibliyini bir daha qeyd edib. O, Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə ardıcıl dəstəyini vurğulayıb.

Andriy Sibiha Qara dəniz və Azov dənizində davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması ilə əlaqədar dərin hüznlə başsağlığı verib, həlak olanların ailələrinə başsağlığı, yaralananlara isə tezliklə sağalmaları arzusunu çatdırıb.

Görüşdə Azərbaycanın Ukraynaya 50 milyon ABŞ dollarından artıq humanitar yardım göstərdiyi, İrpin şəhərində yenidənqurma layihələrini həyata keçirdiyi və ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarını dəstəklədiyi də qeyd olunub.

Ceyhun Bayramov, həmçinin həmkarını Cənubi Qafqazdakı mövcud vəziyyət, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə məlumatlandırıb.

Tarix
2026.08.06 / 15:31
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla