Yuxarı

Bakı kommunistlərindən Jirinovskiyə - Etiraz

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Rusiya Dumasında çıxışı zamanı bütün kommunist təşkilatların qadağan edilməsi tələbini irəli sürüb. O, Rusiyada bütün bəlaların səbəbkarı kimi kommunistləri göstərib: “Məhz inqilabdan sonra Rusiyanın çətin zamanları başladı. Hər gün güllələnmə, qolodomor (Qolodomor-Ukrayna dilindəki iki sözdən-”aclıq" və “öldürmək” sözlərindən əmələ gəlib. 1932-1933-cü illərdə sovet kommunist rejimi tərəfindən Ukrayna xalqına qarşı törədilmiş soyqırım aktıdır) və digərləri unudulmayıb. Bundan qorxulusu heç vaxt, heç yerdə olmayıb".

Rusiyada xeyli dərəcədə güclü olan Kommunist Partiyası hələ ki, Jirinovskinin tələbinə reaksiya verməsə də Azərbaycan Kommunist Partiyası sərt reaksiya verib.

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov “Yeni Müsavat”a bildirib ki, kommunizm heç kimə bəla gətirməyib, bəlaları kapitalizm gətirib və gətirir.

Kommunizm bəşəri dəyərlərə əsaslanan ideologiyadır. Ədalətli cəmiyyət üçün mübarizə aparan, insanlar arasında dostluq, yoldaşlıq əlaqələrinin güclənməsinə xidmət edən, bərabərliyə çağıran ideologiyadır. Kommunist təşkilatlarının və ideologiyasının qadağan olunması çağırışı xəstə təxəyyülün məhsuludur. Jirinovskini təkcə Rusiyada deyil, bütün dünyada normal siyasətçi kimi qəbul eləyən yoxdur. O, Rusiya siyasətinin klounudur. Jirinovski bir zamanlar Azərbaycan xalqı haqqında təhqiramiz ifadələr işlədirdi. Sonra gəldi Azərbaycana Azərbaycan xalqını təriflədi. Türkiyəni hədələyirdi, İstanbulu işğal etmək çağırışları edirdi. Bu yaxınlarda gəldi Türkiyəyə yaltaqlandı, İraqın və Suriyanın bir sıra ərazilərinin Türkiyə torpaqları olduğunu dedi. Bu adam siyasi kloundur, bir də gördün ki, sabah da durub kommunistlərə tərif söyləyə bilər.

Yəqin ki, Rusiya Kommunist Partiyası bu klounun dediklərinə sərt cavab verəcək. Azərbaycan kommunistləri Kommunist təşkilatlarının qadağan olunması avantürüst çağırışını qətiyyətlə pisləyir".

R.Qurbanov bəyan etdi ki, kommunizm, sosializm getdikcə bütün dünyada qələbə qazanacaq: “Zaman keçdikcə bütün dünya xalqları məhz bu ideologiyanın ən düzgün ideologiya olduğuna əmin olmaqdadırlar. Artıq bir sıra ölkələrdə seçkilərdə sosialistlər hakimiyyətə gəlməkdədirlər. Çərxifələyi dayandırmaq mümkün deyil. Çərxi-fələk artıq sosializm, kommunizm ideologiyalarının xeyrinə işləyir. Bütün dünyada gedən proseslərə baxanda bu görünür. Donald Trampın seçki platformasındakı müddəaların əksəriyyəti sol ideologiyaya məxsus idi. Yəni artıq hətta ABŞ-da belə, sol ideologiyaya keçid prosesi gedir. Çünki sadə insanlar məhz bunu seçir.

Rusiyada kommunistlər daha güclüdürlər və Rusiyada kommunistlər gec-tez hakimiyyətə gələcək. Rusiyada kommunist inqilabının olacağına gecədən sonra gündüzün gəldiyinə inandığım qədər inanıram. Kapitalizmin formasiya olaraq yaşam dövrü Rusiyada da, dünyada da get-gedə başa çatacaq və onun yerini sosializm formasiyası tutacaq. Kapitalizm tarixin arxivinə gedəcək. Jirinovski və onun kimi adamlar bunu görürlər və bilirlər. Ona görə də narahatdırlar. Həmin narahatlığın təsiri altında da kommunist təşkilatlarını qadağan etmək kimi çağırışlar edirlər”.

Tarix
2016.12.03 / 09:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla