Yuxarı

Məmmədyarov Serbiya daxili işlər naziri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmmədyarov Serbiya daxili işlər naziri ilə görüşdü

Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Serbiya Baş nazirinin müavini, daxili işlər naziri Neboyşa Stefanoviçlə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə,nazirlər iki ölkə arasında siyasi münasibətlərin səviyyəsindən və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəkdən məmnunluq ifadə ediblər.

N.Stefanoviç ölkəsinin bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Serbiya arasında ikitərəfli əməkdaşlığın gələcək perspektivləri və müxtəlif sahələr üzrə əlaqələrin daha da inkişaf etdirilməsi yolları müzakirə olunub. Tərəflər terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizənin əhəmiyyətini qeyd edərək, hər iki ölkənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı informasiya mübadiləsinin gücləndirilməsinin zəruriliyinə toxunublar.

Nazir E.Məmmədyarov Serbiya şirkətlərinin Azərbaycanda və Azərbaycan şirkətlərinin Serbiyadakı fəaliyyətinə toxunub, əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb. O, ümid etdiyini bildirib ki, bu səfər ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni və turizm sahəsində əməkdaşlığa töhfə verəcək.

N.Stefanoviç ölkəsinin turizm, xüsusən də müalicə-sağlamlıq imkanlarından söz açıb və Azərbaycan şirkətlərini bu sahəyə sərmayə qoymağa dəvət edib.

Görüş zamanı həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2016.12.05 / 17:46
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla