Yuxarı

Prezident Azərbaycan xalqını təbrik etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Axar.az təbrikin mətnini təqdim edir:

“Əziz həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə can sağlığı və xoş əhval-ruhiyyə arzulayıram.

Novruz bayramı ulu babalarımızın zəngin mənəvi aləmini dolğun təcəssüm etdirir. Ən qədim təsəvvürləri qoruyub saxlamış bu bayram təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsidir. Odlar diyarına onun hər gəlişi min illərin ənənəsinə uyğun, rəngarəng mərasimlər və el şənlikləri ilə müşayiət olunmuşdur. Milli özünüdərkin təşəkkülündə müstəsna mövqeyə malik Novruz ənənələri çoxəsrlik tarixi keçmişinə daim ehtiramla yanaşan xalqımızın dünya mədəniyyətinə misilsiz töhfələrindəndir. Həmin ənənələrin müqəddəs ərməğan kimi həmişə uca tutulması və layiqincə yaşadılaraq gələcək nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Bahar bayramı dövlət müstəqilliyimizin nailiyyəti olaraq rəsmi statuslu əsl ümumxalq bayramı səviyyəsində ölkəmizin bütün guşələrində qeyd edilir. Qloballaşma dalğasının geniş vüsət aldığı və dünyanı sürətli dəyişikliklərə məruz qoyduğu bir vaxtda o, tükənməz mənəvi gücü sayəsində dini-mənəvi dəyərlərimizə, tarixi-mədəni irsimizə bağlılığımızın təntənəsinə çevrilib. Yaz bayramı yeniləşdirici ruhu və ilıq nəfəsiylə insanlar arasında səmimi münasibətlərə yol açır, dostluq, mərhəmət və bərabərlik duyğularını gücləndirir, cəmiyyətin inkişafının ahəngdarlığını təmin edir. Onda gələcəyə inam aşılamaq və könüllərdə ülvi duyğular oyandırıb xeyirxahlığa sövq etmək qüdrəti vardır. Ən yüksək dəyərləri özündə topladığı üçün də belə bir mənəviyyat xəzinəsi bəşəriyyətin mədəni irs nümunələri siyahısında yer alıb.

Mən torpaqlarımızın müdafiəsində mətinliklə dayanan Azərbaycan əsgərinə bayram təbriklərimi yetirirəm. Vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş qəhrəman övladların unudulmaz xatirəsini bir daha ehtiramla yad edərək onlara Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm.

Dünya azərbaycanlılarının həmrəyliyinin rəmzi Novruz bayramını xaricdə yaşayan soydaşlarımızın milli məfkurə işığında bizimlə birgə qeyd etmələri onlarda yurdumuza bağlılıq hisslərini gücləndirir.

Arzu edirəm ki, öz gəlişiylə bu gözəl bayram hər evə, hər ocağa bol ruzi-bərəkət gətirsin və hamınıza yeni sevinclər bəxş eləsin.

Xalqımızın əziz Novruz bayramı mübarək olsun!”

Tarix
2017.03.17 / 17:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla