İmmunitet və beyin üçün - 5 faydalı çay
02:02
Ana səhifə Siyasət |
İranda hökumətyönlü Gənc Jurnalistlər Klubu Xəbər Agentliyi yaydığı xəbərdə Vahid Azərbaycan xəritəsindən istifadə edib.
Axar.az xəbər verir ki, agentlik bu fotodan Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında viza rejiminin ləğvinə dair danışıqlar haqda yaydığı məlumatda yararlanıb. Xəritədə Güney və Quzey Azərbaycanın üçrəngli bayraq altında birləşdiyi əks olunub.
Trend agentliyinə istinadən yayımlanan xəbər (Xəritə Trend agentliyinə aid deyil - red.) 2016-cı il dekabrın 2-nə aid olub. Maraqlı məqam odur ki, xəritə uzun müddət saytda qalıb və yalnız İranın müstəqil saytlarında bu haqda məlumat dərc olunduqdan sonra bu gün portaldan silinib.
Tarix
2017.05.02 / 16:50
|
Müəllif
Axar.az
|