Yuxarı

Şeyx Əbdüldən jurnalistə: Dilənçi çörəyi ilə böyümüsən!

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeyx Əbdüldən jurnalistə: Dilənçi çörəyi ilə böyümüsən!

Tarixi çox qədim və zəngin olan, müqəddəslər, övliyalar məskəni sayılan bir yurda “yolçu-dilənçi” demək elə özünün dilənçi çörəyi ilə böyüdüyündən xəbər verir.

Bu sözləri Kult.az-a açıqlamasında xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov jurnalist Aygün Muradxanlının “Mərəzə yolçusu” ifadəsini işlətməsinə cavab olaraq deyib.

Xalq artisti bildirib ki, bu sözü işlədən bir şəxs ziyalı, jurnalist ola bilməz, çünki düşüncəsi şikəstdir:

“Diri Baba, dərvişlər, xəlvətilər, sufilər və yüzlərlə övliyalar məskəni olan bir yurdu – Azərbaycanın ən qədim tarixi məkanlarından birini, Azərbaycan elminə, siyasətinə, mədəniyyətinə, ədəbiyyatına misilsiz töhfələr bəxş edən torpağı, orda yaşayan onminlərlə insanın izzəti-nəfsinə toxunaraq, “yolçu-dilənçi” kimi “yad” edirsə, həmin adamın ağılla bağlı ciddi problemi var. “Mərəzə” adı sonradan yaranıb, baxmayaraq ki, bu adın da tarixi bir neçə yüz ilə dayanır. Efirdən millətə ağıl verən, dərs keçən adam xalqının, vətəninin tarixini bilməli, sözlərinə diqqət etməlidir. Əgər bir insanın intellekti, savadı yoxdursa, tarixi bilmirsə, jurnalist adını ləkələməsin. Mən hələ onu demirəm ki, bu, ayrı-seçkilikdir və hüquqi məsuliyyət doğurur”.

Xalq artisti Aygün Muradxanlıya təhqir etdiyi yeri və insanları tanımağı tövsiyə edib:

“Bakının 70-80 kilometrliyindədir, uzaq deyil, getsin, orada hansı tarix və mədəniyyət yatdığını kor gözü ilə görsün, gəlib üzr istəsin. Mən həmin jurnalistin ünvanına təhqiramiz sözlər deməyəcəm, çünki yaşım, əxlaqım buna imkan vermir. Ancaq tövsiyə edərdim ki, üzr istəsin, öz xalqını aşağıladığı üçün peşmanlığını dilə gətirsin”.

Tarix
2024.12.12 / 21:30
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla