Yuxarı

Düşmən texnika və canlı itki verir: hədəf… – Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Düşmən texnika və canlı itki verir: hədəf… – Politoloq

Fikrimcə, Azərbaycan Ordusu cəbhə bölgəsində təzyiqi daha çox artırmaqla Ermənistanı 1992-ci ildəki mövqelərinə qaytara bilər.

Axar.az xəbər verir ki, bu haqda Elxan Şahinoğlu yazıb. Politoloq bunu qısa zaman üçün proqnozlaşdırmadığını da qeyd edib:

“Ancaq son illər Dağlıq Qarabağ ətrafında düşmənin vurulan hərbi texnikası və artan itkiləri işğalçıya onu anlatmalıdır ki, bunun miqyası getdikcə artacaq. Dağlıq Qarabağda hərbi toquşmalar iki ölkənin siyasi, iqtisadi, maliyyə və hərbi potensiallarının müharibəsinə çevrilir. Potensialı çox olan müsbət nəticəyə ümid edə bilər. Müharibə maliyyə tələb edir. Hər gün atılan güllələrin və raketlərin, o cümlədən vurulan hərbi texnikanın yenisi alınmalıdır. İşğalçı dövləti hərbiyə daha çox maliyyə xərcləməyə məcbur etmək lazımdır. Əlbəttə, paralel olaraq ordudakı satqın şəbəkəsinin də axırına çıxılmalıdır ki, uğura yaxınlaşa bilək”.

Qeyd edək ki, ötən gün Ordumuz düşmənin cəbhədəki atəş nöqtəsini məhv edib, ermənilər ciddi itki verib. Həmçinin video-müşahidə qurğusu sıradan çıxarılıb.

Tarix
2017.06.01 / 10:37
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev Slovakiyanın müdafiə naziri ilə görüşdü

Ermənistana 1 milyardlıq silah: Abbasov niyə susmuşdu?

İlham Əliyev Bərzanini Azərbaycana dəvət etdi

İlham Əliyev Bərzani ilə görüşdü - Foto

İlham Əliyev və xanımı Almaniyada səfərdədir - Foto

Azərbaycan müstəqil siyasi kurs həyata keçirir

Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü... - Video

“Mehdiyev işi”ndə kritik ad: “Şərq-Qərb” kimindir?

Nümayəndə heyətimiz quru yolla İrəvana getdi - İlk dəfə

İşarə verildi, bu şəxslər də həbs ediləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla