Yuxarı

Kremlin Qarabağı inhisara alması və ABŞ-ın mövqeyi...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümidvarıq ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətdə öz üzərinə düşən işləri daha fəal həyata keçirəcək və bunu hansısa bir ölkənin inhisarına verməyəcək.

Bu sözləri Axar.az-a ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ardıcıl 2 təbrik məktubu ünvanlaması ilə bağlı danışan millət vəkili Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, ABŞ-ın yeni rəhbərliyinin öz milli təhlükəsizlik maraqlarını və Azərbaycanın bu istiqamətdə önəmini vurğulaması çox müsbət haldır:

“Keçmiş administrasiyada 907-ci düzəlişin bir sıra müəllifləri erməni lobbisinə bağlı idi. Ancaq yeni administrasiyanın erməni diasporu ilə əlaqələri və onun qarşısında məsuliyyəti olmadığına görə, daha çox, ABŞ-ın maraqlarına xidmət edəcək. Bu maraqlardan biri də ondan ibarətdir ki, Azərbaycan təhlükəsizlik məsələlərində və terrorla mübarizədə ABŞ üçün böyük önəm daşıyır. Azərbaycan ABŞ və NATO-ya dəstək verir. Bununla yanaşı, Azərbaycan ABŞ-ın çox etibarlı enerji tərəfdaşıdır və bu istiqamətdə Amerikanın ən önəmli müttəfiqlərinin enerji təhlükəsizliyi üçün bir çox layihələri həyata keçirir. Çox istərdik ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində öz üzərinə düşən öhdəliklərini daha fəal yerinə yetirsin. Çünki Azərbaycanın ərazi bütövlüyü dəfələlə ABŞ tərəfindən çox mühüm bir amil kimi qiymətləndirilib. Ümidvarıq ki, ABŞ bu istiqamətdə öz üzərinə düşən işləri daha fəal həyata keçirəcək və münaqişənin həllini hansısa bir ölkənin inhisarına verməyəcək”.

Tarix
2017.06.02 / 09:29
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Forumda sənədlər mübadilə edildi - Foto

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

Prezident: Biz onu bir gündə sıfırlaya bilərik

Bu gün iki mühüm müqavilə imzalanacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla