Yuxarı

İrəvan öz qiymətini qaldırmağa çalışır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan bir tərəfdən Rusiyanın gözündə öz qiymətini qaldırmağa çalışır, digər tərəfdən isə Qərbə tərəf qaçmaq üçün müəyyən hazırlıq görür.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq, millət vəkili Rasim Musabəyov deyib. Deputat ermənilərin ənənəvi olaraq indi də ikiüzlü siyasət apardıqlarını deyib:

“Ermənistan bir tərəfdən Rusiyanın forpostudur, digər tərəfdən isə öz qiymətini qaldırmaq üçün ABŞ və Avropadakı erməni diasporundan yararlanır. İrəvanın məqsədi məhz xaricdəki erməni diasporundan yararlanmaqla Qərbin dəstəyini qazanmaq və bununla da müəyyən manevrlər etməkdir”.

Millət vəkili həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin bu il ərzində ehtimal edilən görüşünə də toxunub:

“Düzdür, görüşlə bağlı təkliflər var, ancaq baş tutub-tutmayacağı sual altındadır. Bu, xarici işlər nazirlərinin Nyu Yorkda BMT-nin sentyabr sessiyası çərçivəsində gözlənilən görüşündən asılıdır”.

Qeyd edək ki, Ermənistan son zamanlar NATO və Avropa İttifaqı ilə tərəfdaşlığı genişləndirmək üçün səylər göstərməyə başlayıb. Gürcüstanın Vaziani hərbi poliqonunda NATO-nun “Noble partner” (“Layiqli tərəfdaş”) hərbi təlimlərində Ermənistanın fəal iştirakı ekspert dairələrində birmənalı qarşılanmayıb. Hətta İrəvanın son addımını düşmən ölkənin Rusiyadan uzaqlaşması kimi dəyərləndirənlər də var.

Tarix
2017.08.15 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla