Yuxarı

Diplomatımız "İlin səfiri" oldu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurova Asiya Cəmiyyəti Koreya təşkilatının 10-cu ildönümü münasibətilə keçirilmiş mərasimdə “İlin səfiri” mükafatı təqdim edilib.

Axar.az xəbər verir ki, BMT-nin sabiq Baş katibi Pan Gi Munun, Asiya Cəmiyyəti idarə heyətinin üzvü Çarls Rokefellerin əsas məruzəçilər qismində çıxış etdikləri və nüfuzlu qonaqların, ictimai-siyasi xadimlərin, diplomatların iştirak etdikləri tədbirdə Azərbaycan mədəniyyəti, tarixi abidələri, turizm imkanları və adət-ənənələrindən bəhs edən videoçarx nümayiş etdirilib.

Asiya Cəmiyyəti Koreya təşkilatının 10-cu ildönümü münasibətilə təsis olunmuş “İlin səfiri” mükafatına Azərbaycan səfiri ilə yanaşı, Hindistan və Küveyt səfirləri də layiq görülüblər.

Qeyd edək ki, 2008-ci ildə qeyri-kommersiya təşkilatı kimi təsis edilmiş Asiya Cəmiyyəti Koreya təşkilatı baş qərargahı Nyu-Yorkda yerləşən və 1956-cı ildə III Con D.Rokefeller tərəfindən əsası qoyulan Asiya Cəmiyyətinin yerli ofisidir. Koreyanın “Lotte” şirkətlər qrupunun sədri Şin Donq-binin rəhbərlik etdiyi Asiya Cəmiyyəti Koreya təşkilatının üzvləri şirkət nümayəndələri və ictimai-siyasi xadimlərdir. Cəmiyyətin Seul ilə yanaşı, Honqkonq, Manila, Mumbay, Şanxay, Sidney və Surixdə də ofisləri fəaliyyət göstərir.

Tarix
2017.09.21 / 19:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla