Yuxarı

Lavrovdan Qarabağ açıqlaması

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri kimi, tərəflərə qarşılıqlı faydalı həllərin axtarışında yardımı davam etdirəcək.

Report xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ATƏT-ə üzvü olan ölkələrin xarici işlər nazirləri Şurasının Vyanada keçirilən illik iclasında deyib.

Onun sözlərinə görə, bu həll yolları Rusiya, ABŞ və Fransa prezidentlərinin dəfələrlə təsdiq etdiyi prinsiplərə uyğun olmalıdır.

Sergey Lavrovun fikrincə, münaqişənin həllinə töhfə vermək ATƏT-in fəaliyyətinin vacib istiqamətlərindən biridir.

O, ATƏT-in terrorizmə qarşı mübarizədə fəaliyyətinin gücləndirilməsinin zəruriliyini vurğulayaraq, ATƏT-in təşkilat məkanında, həmçinin siyasi sahədə gərginliyin azaldılmasına kömək edə biləcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, ATƏT-in iclasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da daxil olmaqla, 40-dan çox XİN başçısı iştirak edir.

Tarix
2017.12.07 / 14:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla