Yuxarı

Azərbaycan Kreml əleyhinə sənədə imza atmadı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurasının 20 üzv dövləti Rusiyanın Avropa Şurası Parlament Assambleyasında səsvermə hüququnun yenidən bərpa edilməsinə qarşı çıxan deklarasiyaya imza atıblar.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Vladimir Aryev paylaşıb.

“Rusiyanın Ukraynaya qarşı aqressiyasına cavab olaraq qəbul edilən qətnamə icra edilmədən Rusiyanın Assambleyadakı haqlarının bərpa olunması ilə bağlı istənilən cəhd AŞPA-nin institusional avtoritetini zədələyəcək. Bu, domino effektinə gətirib çıxaracaq”, – deyə deklarasiyada bildirilib.

Deklarasiyaya Danimarka, Estoniya, Gürcüstan, Almaniya, İrlandiya, Latviya, Litva, Lüksemburq, Malta, Moldova, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Sloveniya, İspaniya, İsveç, Britaniya, Ukrayna və Slovakiya imza atıb.

Tarix
2017.12.15 / 14:44
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla