Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Fevral 2019


Felgenhauer: ABŞ Bakı və İrəvanı xəbərdar edir...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ həm Ermənistanı, həm də Azərbaycanı Rusiyadan silah almaqla bağlı xəbərdar edə bilər. ABŞ hər iki ölkənin Rusiyadan silah almasını qadağan edə bilməz, amma ABŞ-ın bu ölkələr üçün zəngin sanksiyalar arsenalı mövcuddur.

Axar.az xəbər verir ki, bunu Ermənistanın “168 Jam” qəzetinə müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib. Onun sözlərinə görə, rus silahının regiona axınının məhdudlaşdırılması zamanla bu ölkələrin özlərinin Rusiya silahlarından imtinasına gətirib çıxaracaq, əks təqdirdə ABŞ bu ölkələr üçün ciddi maliyyə problemləri yarada bilər:

“Bu, göründüyündən daha sistemli siyasətdir. Ona görə ki, bu siyasət uğur qazanacağı təqdirdə regionun militarizasiya səviyyəsi aşağı düşəcək. Lakin bu, tərəflərin konfliktin həllinə yaxınlaşması anlamına gəlməyəcək. Sadəcə, siyasi və diplomatik mənada olduğu kimi, hərbi baxımdan da boşluq yaranacaq.

Faktiki olaraq ABŞ bu boşluğu silah tədarükü ilə yox, diplomatik aktivlik və ya özünün regional mövcudluğunu artırmaq vasitəsilə təqdim edəcəyi yeni həll planı sayəsində həll etmək istəyir. ABŞ bu sanksiyalar vasitəsilə təkcə Rusiyanı Suriya və Ukraynada yox, həm də Moskvanın daha uğurlu olduğu Qarabağ konfliktində qarşısını almaq istəyir”.

Tarix
2018.02.15 / 13:39
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Tanınmış ekspertlərimiz beynəlxalq konfransda - Foto

Məmmədyarov Şamil Ayrımla görüşdü

Azərbaycan mühüm nailiyyətlər əldə edib - Hololey

İrəvanla Bakı heç vaxt “təkbətək” qalmayacaq - Proxanov

Prezidentdən bu məsələni xahiş edirik – Millət vəkili

Qarabağın həllinə dair yeni əlaqələr hazırlanır - Lavrov

İlham Əliyev türkiyəli deputatla görüşdü

İlham Əliyev Henrik Hololeylə görüşdü

Əli Kərimli ölkəyə bunu "idxal etməyə" çalışır - Əli Həsənov

Ombudsmandan Xocalı soyqırımı ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla