Yuxarı

Azərbaycan bizim üçün mühüm tərəfdaşdır – Rəhman

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan Respublikası xalqlarımız arasında tarixi-mədəni birliyə və çoxəsrlik ənənələrə əsaslanan dostluq əlaqələrini yüksək dəyərləndirir.

Axar.az xəbər verir ki, bunu Tacikistan Prezidenti İmaməli Rəhman Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə deyib.

İ.Rəhman bu gün Tacikistan-Azərbaycan münasibətlərinin getdikcə inkişaf etdiyini bildirib:

“Biz qarşılıqlı maraq doğuran əməkdaşlığımızın bütün istiqamətləri üzrə məhsuldar fəaliyyətimizin genişləndirilməsində və dərinləşdirilməsində maraqlıyıq. Əminəm ki, bu gün əldə edəcəyimiz razılaşmalar çoxşaxəli tərəfdaşlığımızı yeni məzmunla zənginləşdirəcək, daha yüksək və keyfiyyətli səviyyəyə çıxaracaq.

Hörmətli İlham Heydər oğlu, müstəqillik illərində öz sosial-iqtisadi inkişafında böyük uğurlar əldə edən Azərbaycanın beynəlxalq arenada mövqeləri ardıcıl surətdə möhkəmlənir. Ölkənin uğurunun parlaq nümunəsi onun paytaxtının simasının ildən-ilə dəyişməsidir. Mən görüş zamanı bu barədə danışdım. Bakı bu gün haqlı olaraq dünyanın ən gözəl və müasir şəhərlərindən biri sayılır. Bütün bu nailiyyətlər Sizin cəmiyyət tərəfindən daha çox və hərtərəfli dəstəklənən uğurlu dövlət siyasətinizlə əlaqədardır. Səmimi qəlbdən Sizə uğurlar və Azərbaycan xalqının rifahı naminə nailiyyətlər arzulayıram”.

İmaməli Rəhman Azərbaycanın Qafqaz regionunda Tacikistan üçün mühüm tərəfdaşı olduğunu xüsusilə vurğulayıb:

“Məmnuniyyətlə Tacikistan-Azərbaycan münasibətlərinin uğurla genişləndirilməsi meylini qeyd etmək istərdim. Dostluq və əməkdaşlıq barədə müqaviləyə əsaslanaraq ötən illər ərzində biz münasibətlərimizin sanballı müqavilə-hüquq bazasını formalaşdırmışıq. Bu baza bu gün demək olar ki, əməkdaşlığın bütün sahələrini əhatə edir. Bu gün ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə yönələn ikitərəfli sənədlərin yeni paketi imzalanacaq”.

Tarix
2018.08.10 / 13:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla