Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Yanvar 2019


ABŞ Boltonu Bakıya buna görə göndərmişdi – ABŞ rəsmisi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ATƏT ərazisində münaqişələrin, həmçinin Dağlıq Qarabağ probleminin nizamlanmasını vacib hesab edir. Bununla əlaqədar olaraq ABŞ son həftələr prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton və dövlət katibinin müavini Corc Kent kimi yüksəkvəzifəli nümayəndələrini Ermənistan və Azərbaycana göndərib.

Report xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki missiyası rəhbərinin müavini səlahiyyətlərini icra edən Greqori Makris qurumun Daimi Şurasının iclası zamanı deyib.

"ABŞ bu münaqişənin hərbi yolla həllinin olmaması mövqeyi ilə razıdır. Status-kvo qəbuledilməzdir. ABŞ münaqişənin Helsinki yekun aktında qeyd olunduğu kimi, güc tətbiq etmədən, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların öz müqəddəratlarını təyinetmə hüququ prinsiplərinə əsaslanan uzunmüddətli və dinc yolla həlli naminə tərəflərlə işi davam etdirmək niyyətindədir", - deyə Makris bildirib.

Bundan əvvəl ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Gill Dağlıq Qarabağ münaqişəsi istiqamətində danışıqların intensivləşdiyini bildirib.

Tarix
2018.11.09 / 10:53
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakı öz iradəsini yeritdi: Nikol iddiasından geri çəkildi

AB-dən Qarabağ görüşlərinə reaksiya: Müsbət siqnal...

Mnanqaqvanın Bakı səfəri başa çatdı

İlham Əliyevin sülh ümidindən narahatıq - Şarmazanov

Bakıda gördüklərimiz bizə güclü təsir bağışladı - Mnanqaqva

Bu, tarixi səfərdir, yeni imkanlar yaranacaq - İlham Əliyev

Əliyevin sərt və barışmaz mövqeyi: Bakı hücuma keçir

Tramp Paşinyanı 5 gün sonra yadına saldı – Qarabağ mesajı

Zimbabve prezidenti Bakıda: İlham Əliyevlə görüş - Foto

Pekinin İrəvan oyunu: Tələyə özü düşəcək - Karasik

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla