Yuxarı

Rus patriarxdan İlham Əliyevə: Müdrik və istedadlı rəhbər...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası Prezidentinin Xəzər regionu dövlətləri ilə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Axar.az məktubun mətnini təqdim edir:

“Əziz İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Siz böyük bir nəslin nümayəndəsi və böyük taleli insansınız. Siz Azərbaycan Respublikasının xalqına xidmət etdiyiniz illər ərzində öz ata-babanızın işini davam etdirməyə və Azərbaycan dövlətinin müasir rəhbərinə çevrilməyə qadir olduğunuzu sübut etmiş, zəngin quruculuq təcrübəsi və həmvətənlərimizin etimadını qazanmısınız. Siz dünya səviyyəsində nüfuz sahibisiniz.

Dövlətlərimiz arasında strateji tərəfdaşlıq çərçivəsində Sizin Vladimir Vladimiroviç ilə birlikdə gördüyünüz işlər və Rusiya Federasiyası ilə Azərbaycan Respublikasını bir-birinə bağlayan mehriban qonşuluq, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə Zati-alinizin sanballı şəxsi töhfəsi yüksək qiymətə layiqdir.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, mənəvi rahatlıq, firavanlıq, doğmalarınızın və dostlarınızın daimi dəstəyini arzu edirəm. Qoy Heydər Əliyevin böyük xatirəsi və böyük irsi Sizin üçün və bütün Azərbaycan xalqı üçün yolgöstərən ulduz və müqəddəs dəyər olsun.

Sizə və məsləkdaşlarınıza həyat eşqi, məqsədyönlülük, gümrahlıq və müsbət enerji diləyirəm”.

***

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib:

Məktubda deyilir:

“Zati-aliləri.

Doğum gününüz münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

İcazə verin, Sizə tükənməz enerji, möhkəm cansağlığı, firavanlıq və Azərbaycan Respublikasının inkişafı naminə bundan sonra da səmərəli fəaliyyət arzulayım.

Sizi əmin edirik ki, “Mir” Teleradio Şirkəti Azərbaycan Respublikasında baş verən yenilikləri və gündəlik həyatı bundan sonra da obyektiv və geniş işıqlandıracaq”.

***

Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin zəngin siyasi təcrübəniz müasir dünya məsələlərini effektiv həll etməyə, habelə Rusiya ilə Azərbaycan arasında tarixi dostluğu dəstəkləməyə imkan verir.

Ölkələrimiz arasında bərqərar olmuş mehriban qonşuluq münasibətlərinə Sizin şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm. Şübhəsiz ki, bu münasibətlər bundan sonra da Azərbaycan və Rusiya xalqlarının rifahına xidmət edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və məramlarınızı həyata keçirməkdə uğurlar diləyirəm”.

***

Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Zati-aliləri, möhtərəm Prezident.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz uzun illərdir ki, rəhbərlik etdiyiniz ölkənin firavanlığının və dinamik inkişafının qayğısına qalan müdrik və istedadlı rəhbər kimi Azərbaycan sakinlərinin rifahı naminə çalışırsınız.

Bakı Pravoslav Kilsəsinin və Bakı-Azərbaycan Yeparxiyasının fəaliyyətini dəstəklədiyinizə və onlara göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirmək istərdim. Ümidvaram ki, bizim əməkdaşlığımız bundan sonra da öz bəhrələrini verəcək, cəmiyyətdə ənənəvi mənəvi-əxlaqi dəyərlərin bərqərar olmasına, Cənubi Qafqaz regionunda, dinlərarası və millətlərarası sülhün möhkəmlənməsinə şərait yaradacaq.

Sizə möhkəm cansağlığı, Tanrıdan kömək və Azərbaycan xalqına xidmət kimi məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Tarix
2018.12.27 / 14:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla