Yuxarı

Rüstəmə dedim ki, sən şair deyilsən…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüstəmə dedim ki, sən şair deyilsən…

Bu gün doğum gününü qutladığımız Rüstəm Behrudi ilə tanış olanda onun 23 yaşı vardı. Mən “Yazıçı” nəşriyyatının baş redaktoru idim. “Naxçıvandan bir nəfər görüşünüzə gəlib” - dedilər. Görüşdük. “Gəncə qapısı” adlı şeir kitabımın çox oxunan vaxtı idi. Naxçıvan gəncləri mənə, hədiyyə olaraq, dəmir üzərində döymə göndərmişdilər. Tikanlı məftillərin arasında qıvrılan Araz, bu məftilləri qırıb sərhəddə sancılan qılınc və çayın üstündən Güneylə Quzey arasında körpüyə dönmüş “Gəncə qapısı”. kitabı.

Kult.az xəbər verir ki, bu barədə xalq şairi Sabir Rüstəmxanlı şair Rüstəm Behrudiyə təbrik mesajında qeyd edib.

"Adamı duyğulandıran, gözəl sənət əsəri idi. Sonra Rüstəm mənə 6-7 şeir verib “xahiş edirəm, bu yazıları oxuyub fikrinizi bildirəsiniz, görüm mən şairəm, yoxsa yox”.

Mən şeirləri sona kimi oxuyub ona baxdım və ciddi şəkildə “sən şair deyilsən”- dedim. Rənginin ağardığını görüb əlavə etdim “sən böyük şairsən!” Bunu şeirlərin ruhuna görə demişdim. Sonra onu Bakıya dəvət etdim və uzun müddət bir yerdə çalışdıq. Şeir məclislərinə və meydanlara bir yerdə çıxdıq.

Sevinirəm ki, 46 il öncə Rüstəm Behrudinin şeirlərinə verdiyim qiymətdə yanılmamışam. O. Araz sahillərindən Tanrı dağlarına doğru yüksələn, türklük sevdası ilə dolu bir yolun yorulmaz yolçusudur və poetik səsi Azərbaycandan çox-çox uzaqlarda eşidilir. Əzizim Rüstəm, yeddinci onilliyin astanasında olduğun bu günlərdə mən hələ də səni gənc hesab edir, sənə gənc dostum kimi baxıram. Bu, ruhundakı və sözündəki gənclik enerjisinin göstəricisidir. Bu enerjini itirmə! Doğum gününü ürəkdən təbrik edirəm", - 0 əlavə edib.

Tarix
2026.09.12 / 16:19
Müəllif
Kult.az
Digər xəbərlər

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla