Yuxarı

Məhz bu, yaxınlığı əks etdirən rekord göstəricidir - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən il Rusiya və Azərbaycan prezidentləri arasında altı görüş olub.

Axar.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib ki, məhz bu, iki ölkə arasındakı münasibətlərin mahiyyətini və xarakterini, yaxınlığımızı əks etdirən rekord göstəricidir:

“Əlbəttə, Vladimir Vladimiroviçin Azərbaycana səfəri və mənim Rusiyaya səfərim bizim münasibətlərimizin daha da möhkəmlənməsi işində çox mühüm rol oynayıb. Düşünürəm ki, bizim münasibətlərimiz qonşular arasında münasibətlərə nümunə ola bilər. Bizi tarixi baxımdan bağlayan səbəblər çoxdur və bu gün - biz bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqə saxladığımız bir vaxtda bu əməkdaşlıq, əlbəttə, bizim regionda, Qafqazda sülhün möhkəmlənməsi işində xüsusi əhəmiyyət kəsb edir. Buna görə də biz dövlətlərarası münasibətlərin bütün palitrasına nəzər salanda, əlbəttə, müsbət dinamika görürük. Bu baxımdan, Sizin bugünkü səfəriniz xüsusi rol oynayır”.

Tarix
2019.02.05 / 22:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla