Yuxarı

Mnatsakanyanın Bakıya cavabı: İrəvan nə istəyir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Danışıqlar naminə danışıqlar” Azərbaycana lazım deyil. Ali Baş Komandanın da dəyişməz, prinsipial mövqeyi məhz budur.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, Ermənistan Xarici İşlər naziri Mnatsakanyanın cavabları münaqişənin həlli perspektivləri ilə bağlı bir sıra nəticələr çıxarmağa əsas verir:

“Hesab edirəm ki, Ermənistanın baş naziri öz xarici siyasətində hələ də müəyyənliyə nail olmayıb. Ermənistanın indiki hökuməti eyni vaxtda iki stulda oturmaq siyasətini həyata keçirir. Bu reallıq fonunda o çabalamaqda, manevr etməkdə və manipulyasiya ilə məşğul olmaqdadır. Ona görə də son dövrlərdə Paşinyan yenə də bir-birini təkzib edən, dolaşıq bəyanatlar verir. Bilirsiniz ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə artıq 3 dəfə görüşüb. Bunlar qeyri-rəsmi görüşlər olsa da, bu görüşlərdə pozitiv fon, notlar diqqətdən yayınmırdı. Eyni zamanda hər iki dövlətin XİN rəhbərlərinin 4 dəfə görüş keçirməsi ona ünvanlanıb ki, xalqları sülh prosesinə hazırlamağın zəruriliyi ilə bağlı ortaq mövqe əldə edilsin. Lakin xarici siyasətində, eyni zamanda münaqişənin həlli məsələsində konkret mövqeyə malik olmayan, qeyri-müəyyənlik dövrü yaşayan Ermənistanın yeni rəhbərliyi bu dəfə də Almaniyaya səfəri zamanı ziddiyyətli, əvvəlki mövqeyə uyğun gəlməyən bəyanatlar verdi. O yenə də öz köhnə ampluasına qayıdıb və populist mövqe ortaya qoyub. Həmin mövqeyə görə də Ermənistan tərəfi danışıqlar prosesində Dağlıq Qarabağ separatçılarını da tərəf kimi görmək istəyir”.

Millət vəkili qeyd edib ki, Azərbaycan XİN rəhbərliyi də Ermənistanın ziddiyyətli, münaqişənin həllinə deyil, onun buxovlanmasına xidmət edən mövqeyini qəbul etmir:

“Çünki belə mövqe danışıqlar prosesinin, ümumiyyətlə, dayanmasına, kəsilməsinə ünvanlanıb. Bu məsələyə isə Ermənistanın XİN rəhbəri öz cavabında yenə də dumanlı, mahiyyətə uyğun gəlməyən cavablar verib və sualdan yayınıb. Bu məsələdə Azərbaycanın düşünməli olduğu ideyasını ortaya ataraq, Ermənistanın danışıqlara davam etmək istədiyini qeyd edib. Belə çıxır ki, guya Azərbaycan danışıqlarda maraqlı deyil. Halbuki Azərbaycan danışıqların həyata keçirilməsində maraqlıdır. Amma Ermənistan başa düşməlidir ki, bizə substantiv, mahiyyəti və məzmunu üzrə danışıqlar lazımdır”.

Millət vəkili vurğulayıb ki, Paşinyanın və Mnatsakanyanın ziddiyyətli, absurd, münaqişənin buxovlanmasına xidmət edən bəyanatları və yanaşmaları Ermənistanın daxilində Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı çox ciddi mübarizə getdiyini göstərir:

“Dağlıq Qarabağ klanı bu gün Paşinyan hakimiyyətini faktiki olaraq, dövlətə xəyanətdə ittiham edir. Paşinyan da erməni ictimai fikrinin onun əleyhinə yönəlməsindən qorxur. Paşinyan bu cür bəyanatlar verməklə özünü xilas etmək istəyir. Qarabağ dalğasında o hakimiyyəti itirmək qorxusundan vahimələnərək, öz mövqeyini çox sürətlə dəyişir. Amma dəyişməz olan bir həqiqət var ki, Pşainyan və onun yaxın ətrafı Ermənistanın bütün bəlalarının kökündə dayanan fundamental səbəbin onun işğalçılıq siyasəti olduğunu dərk etməlidir. Əgər bu siyasətə son qoyulmasa, Ermənistanda iqtisadiyyatla, sosial həyatla, xarici siyasətlə, ordu quruculuğu ilə bağlı aparılan istənilən addım kosmetik mahiyyət kəsb edəcək. Heç bir halda bu addımlar ermənilərin yaralarının sağalmasına xidmət etməyəcək”.

Qeyd edək ki, N.Paşinyanın “Sülh naminə ərazilər”in müzakirə olunmadığını bildirməsi Azərbaycan XİN tərəfindən kəskin etirazla qarşılanıb. Azərbaycanın ərazi bütövlüyünün müzakirə predmeti olmadığı bildirilən açıqlamada Ermənistan baş nazirinin bu sözləri “Cənab Paşinyan danışıqlardan imtina edirmi?” sualı ünvanlanıb. Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan isə “Azərbaycan XİN-in danışıqlardan çıxma bəyanatı təhdid sayılırmı” sualına “Biz işləməyə davam edirik, qoy, onlar düşünsünlər” deyə cavab verib.

Tarix
2019.02.06 / 11:59
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla