Yuxarı

Venesuelanın Bakıdakı ilk və yeni səfiri danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:40

Venesuela Prezidenti Nikolas Maduro xalq tərəfindən seçilib və dövlətin qanuni rəhbəridir.

Bunu Report-a Venesuelanın Azərbaycandakı səfiri Kristofer Berroteran ölkəsindəki vəziyyəti şərh edərkən deyib.

"Dövlətin suverenliyi xalqın əlindədir. ABŞ rəsmən Venesuelada dövlət çevrilişi etmək niyyətini açıqlayıb, onlar Venesuelada qeyri-qanuni rejim yaratmaq istəyirlər. Bu, beynəlxalq hüquq normalarına hörmətsizlikdir. ABŞ dünyanın sahibi deyil", - deyə o bildirib.

Diplomat qeyd edib ki, Venesuela Konstitusiyası bütün dünya üçün nümunədir: "Orada Venesuelada prezident seçkilərinin nə vaxt və hansı qaydada keçirilməli olduğu (Venesuelada prezident 4 illik seçilir. Növbəti seçkilər 2023-cü ilə nəzərdə tutulub - red.) aydın yazılıb. Ölkədə qarşıdan gələn seçkilər Milli Assambleyaya deputatların seçimidir".

O vurğulayıb ki, Venesuela müxalifətinin lideri Xuan Quaidonun referendum elan etmək səlahiyyətləri yoxdur: "O, xalqı və beynəlxalq ictimaiyyəti aldadaraq 30 gün ərzində növbədənkənar prezident seçkiləri keçirə biləcəyini açıqlayıb. Amma Konstitusiyamıza görə, Milli Assambleyanın sədri belə hüquqa malik deyil. Yalnız xalq referendum keçirilməsini tələb edə bilər".

Xatırladaq ki, Venesuelanın Azərbaycandakı səfirliyi ötən ilin mart ayında açılıb.

Bundan əvvəl diplomatik missiyaya müvəqqəti işlər vəkili Pedro Argenis Sançes Flores rəhbərlik edirdi.

Tarix
2019.02.08 / 16:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla