Yuxarı

Paşinyan: Azərbaycanlı icma danışıqlarda iştirak edir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ konfliktinin həlli ilə bağlı danışıqlarda vacib hədəflərdən biri Qarabağın danışıqlar prosesində tam iştirakını təmin etməkdir.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentində çıxışı zamanı Baş nazir Nikol Paşinyan deyib. Paşinyan çıxışı zamanı guya Qarabağın azərbaycanlı icmasının bütün danışıqlar prosesində iştirak etdiyini vurğulayıb:

“Biz bilirik ki, Azərbaycan tərəfi hər dəfə Qarabağın danışıqlar prosesində iştirakı təklifinə belə cavab verir: Əgər erməni tərəfi danışıqlara Qarabağı cəlb etsə, Azərbaycan öz növbəsində danışıqlara Qarabağın azərbaycanlı icmasını cəlb edəcək. Əslində, bu mövqenin ciddi aydınlaşdırmaya ehtiyacı var. Növbəti məsələ odur ki, Qarabağın azərbaycanlı icması bu dövr ərzində hər zaman və indi də danışıqlar prosesində iştirak edir. Azərbaycanlı icmasının iştirak etmədiyi heç bir danışıqlar prosesi olmayıb. Necə? Səbəb çox sadədir, Qarabağın azərbaycanlı icması Azərbaycanın prezident, parlament seçkisində iştirak edir, onlar Azərbaycan vətəndaşlarıdırlar və buna uyğun olaraq Azərbaycan prezidentini bu icma seçir. Hökumətin bu insanları təmsil etməsi mandatı var”.

O, Qarabağı danışıqlarda təmsil etməsi üçün Ermənistan hökumətinin heç bir mandatı olmadığını bildirib.

Paşinyan Qarabağın həlli prosesinə Qarabağ nümayəndələrinin cəlbi ilə bağlı aparılan müzakirələrdə ciddi inkişaf olduğunu və qondarma rejimi danışıqlara cəlb etmək üçün konkret forma və metodların mövcud olduğunu söyləyib. Erməni baş nazir bu metodları beynəlxalq tərəfdaşları ilə müzakirə etdiklərini qeyd edib.

Tarix
2019.02.12 / 16:57
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla