Yuxarı

ABŞ-ın yəhudi və xristian icması ölkəmizə gəlir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Etnik Anlaşma Fondu”nun yaradıcısı və rəhbəri ravvin Mark Şnayer və “İqls Vinqs” yevangelik təşkilatının icraçı direktoru, yepiskop Robert Störnsün rəhbərliyi ilə ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərindən ibarət nümayəndə heyəti cari il martın 3-8-də Azərbaycanda səfərdə olacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Axar.az-a bildirilib ki, Azərbaycandakı dini konfessiyalarla ABŞ-dakı yəhudi və yevangelist xristian icmaları arasında əlaqələrin qurulması və gələcək əməkdaşlığı baxımından əhəmiyyətli olan səfər müddətində nümayəndə heyətinin Xarici İşlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsində görüşlər keçirməsi, habelə ölkəmizdəki tolerantlıq mühiti ilə tanışlıq məqsədilə Bakıdakı yəhudi məktəbi, Heydər məscidi, pravoslav, katolik kilsələri, eləcə də Dağ və Avropa yəhudilərinin sinaqoqlarına, o cümlədən yəhudilərin kompakt yaşadıqları Quba rayonu Qırmızı Qəsəbəyə səfər etməsi nəzərdə tutulub.

Eyni zamanda, səfər proqramı çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə martın 5-də Bakıda “Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, ABŞ-ın “Etnik Anlaşma Fondu”nun prezidenti ravvin Mark Şnayer, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Milli Məclis sədrinin müavini Bahar Muradova, “İqls Vinqs” təşkilatının qurucusu və rəhbəri Yepiskop Robert Störns, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibəyli, Milli Məclisin deputatları Mixail Zabelin, Yevda Abramov, o cümlədən ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri çıxış edəcəklər.

Beynəlxalq tədbirin keçirilməsində əsas məqsəd bu gün Prezident İlham Əliyevin məqsədyünlü siyasəti nəticəsində dinlərarası dialoqu və əməkdaşlığı dəstəkləyən, bu prosesdə aktiv iştirak edən Azərbaycanın nümunəvi təcrübəsini bölüşmək, ölkələr və dinlər arasında ünsiyyət platformasının daha da dərinləşdirilməsi istiqamətində müzakirələr aparmaqdır.

Tarix
2019.03.01 / 21:02
Müəllif
Axar.az
Digər xəbərlər

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla